Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, bina 13, 2-ci blokda bir müddətdir liftin işləmədiyini xəbər vermişdik.
Bununla bağlı bina sakinləri Bakuplus.az redaksiyasına müraciət etmişdi. Biz də məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanladıq.
Sakinlərin redaksiyamıza verdikləri məlumata görə, sözügedən problem artıq öz həllini tapıb:
“Çox sağ olun. İdarəyə sizin səhifəyə yazdığımızı dedik, 2 saat sonra artıq ustalar blokda idi. Nəhayət düzəltdilər. İnşallah ki, daha problem çıxmaz. Amma sizə xüsusi təşəkkür edirik. Adınız kifayət etdi”.