Binəqədi rayonunun “Xutor” adlanan ərazidə fərdi yaşayış evlərinin söküntüsü işləri aparılacaq.
İqtisadiyyat.аz xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.
Belə ki, sözügedən ərazidəki evlərin plana düşdüyü bildirilir. Artıq rəsmi qurumların nümayəndələri qəsəbə ərazisinə baxış keçirməyə başlayıb.
Bu gün Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb. Hələlik kompensasiyanın məbləği barədə sakinlərə heç bir məlumat verilməyib.