199 nömrəli marşrut xəttinə yeni avtobuslar buraxılsa da, hələ də istismara yararsız, köhnələri fəaliyyət göstərir.
Bununla bağlı sərnişinlər Bakuplus.az redaksiyasına müraciət edib.
Onlar bildirir ki, davam edən isti yay günlərində köhnə avtobuslara minmək məcburiyyətində qalırlar. Həmin avtobuslarda isə kondisioner sistemi yoxdur və natəmizdirlər.
Sərnişinlərin sözlərinə görə, mənzil başına daha rahat şəraitdə yetişmək üçün saatlarla yeni avtobusun gəlməyini gözləyirlər:
“Üç köhnə avtobusdan sonra bir yenisi gəlir. Məcbur qalıb dayanacaqda gözləyirik ki, yenisi ilə gedək. Belə olanda da işə gecikirik. Niyə yeni nəqliyyat vasitələrini xəttə buraxmırlar? İnsanlar əziyyət çəkir”.
Şikayətçilər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini istəyirlər.