Bakının Xətai rayonu, Məshəti küçəsi 3A ünvanında, Pluton şadlıq sarayının arxasında qırılan ağac təhlükə mənbəyinə çevrilib.
Sakinlərin Bakuplus.az-a verdiyi məlumata görə, ağac hər an yola aşıb, keçən avtomobillərin və insanların üzərinə düşə bilər.
Ərazidən yeraltı qaz xətti də keçdiyindən vəziyyət daha təhlükəlidir. Ağacın aşması qaz xəttinin zədələnməsinə və ciddi fəsadlara yol aça bilər.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, heç bir tədbir görülməyib.
Hazırda ərazidə vəziyyət nəzarətsiz qalır və sakinlər məsul qurumlardan dərhal müdaxilə edilməsini tələb edirlər.