Müğənni Elçin Göyçaylı həbs olunub.
Axsam.аz-ın məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.
Elçin Göyçaylı İnzibati Xətalar Məcəlləsinin 334-1-ci - nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməkdə təqsirli bilinib. Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.
Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnı müəllifidir. O, daha çox "Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.