Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bakuplus.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı mikroavtobus və “BYD” markalı avtobus toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində mikroavtobusda sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:50-də Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub:
"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində üç nəfərə (bir kişi və iki qadın) ilkin tibbi yardım göstərilib və müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar. Bir nəfərə (kişi cinsli) müştərək travma diaqnozu ilə yerində tibbi yardım göstərilib", - deyə məlumatda vurğulanır.
***
13:37
Bakının Əhmədli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakuplus.az-ın məlumatına görə, “BYD” markalı avtobusla minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə yerinə bir neçə təcili yardım maşını gəlib. Xəsarət alanların olduğu deyilir.