top
Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama
19 iyul 2025, 14:26
- +

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

“Şıxov”da yenicə qurduğum çimərlik ərazisini heç bir əsas göstərilmədən darmadağın etdilər”.

Bu iddia ilə qafqazinfo.az-a Vətən Müharibəsi qazisi Röyal Məmmədov müraciət edib.

Üçüncü qrup əlilliyi olan R.Məmmədov bildirib ki, iş yeri söküldüyü üçün ziyana düşüb: “Qazi olduğumu, müharibədə iştirak etdiyimi heç zaman bildirməmişəm. Ancaq indi deyirəm ki, qazinin xırda biznesini dağıdırlar. Mən səhhətimlə bağlı ağır işdə çalışa bilmərəm. Bunun üçün qərara gəldim ki, kiçik biznes qurum. Vəsaitin yarısını kredit götürdüm, yarısını isə dövlətdən aldığım müavinəti uzun müddət yığmaqla ödədim. Ümumilikdə 50 min manat xərc çəkdiyim bu işi indi Səbail İcra Hakimiyyəti heç bir səbəb göstərmədən dağıdır”.

Müharibə iştirakçısının sözlərinə görə, çimərlik işi üçün Rahib adlı şəxsdən ərazi icarəyə götürüb: “Bu işi qurmamışdan əvvəl icazə prosesini maraqlandım. Həmin ərazidə “Qağayı” çimərliyinin sahibi bildirdi ki, bu yerlər ona aiddir. İcarə haqqını verməklə burada işləyə biləcəyimi dedi. Yəni lazımi bütün icazələr onun tərəfindən alınmışdı. Həmin şəxslə müqavilə imzaladıq. Bundan sonra mən ərazidə tikinti işlərinə başladım. Bu müddətdə heç kəs müdaxilə etmədi.

VÖEN və digər bütün sənədlərim yerində olduğu üçün Rahib də mənə problem yaşanmayacağını bildirdi. Lakin iş başlayandan 3 gün sonra bu halla rastlaşdıq. Mənim çimərliyimlə birgə “Qağayı” da söküldü. Lakin dedikləri bir söz oldu ki, müqavilə imzaladığım şəxsin çimərliyində antisanitar vəziyyət aşkarlanıb. Ancaq bu mənim əmlakımın dağıdılmasına əsas vermir. Qurumun bununla bağlı heç bir sənədi yox idi”.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, Salyan şosesi 32 ünvanında “Şıx çimərliyi” adlanan ərazidə araşdırılma aparılıb: “Sakinlər və turistlər tərəfindən edilmiş çoxsaylı şikayətləri nəzərə alaraq aparılan araşdırmalarda ərazidə gündəlik qanunsuz çimərlik fəaliyyətinin olması aşkar olunub. Qeyd olunan çimərlik sahəsi natəmizlik, antisanitar vəziyyət və böyük həcmdə məişət tullantılarının yığıldığı əraziyə çevrilib. Sözügedən ərazinin qanunsuz fəaliyyəti barədə müvafiq qurumlara tərəfimizdən müraciətlər də ünvanlanıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, çimərlik sahəsində yığılan məişət tullantıları ərazidən təmizlənib və kustar üsulla hazırlanmış primitiv qanunsuz konstruksiyalar yığışdırılaraq ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Həmçinin onu da qeyd edirik ki, yaxın sahədə İDEA tərəfindən yaradılmış müasir tələblərə cavab verən ictimai çimərlik fəaliyyət göstərir, sakinlərimizi və turistlərimizi yay çimərlik mövsümündə istirahətlərini orada keçirməyə dəvət edirik”.

Qeyd edək ki, Məmmədov Röyal İsgəndər oğlu “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər