top
“Həzi Aslanov” stansiyasının dalanı təmir üçün hazırdır
30 yanvar 2025, 10:32
- +

“Həzi Aslanov” stansiyasının dalanı təmir üçün hazırdır

“Həzi Aslanov” stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib.

Report.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasımda "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

“Həzi Aslanov” stansiyasının baxış, xidmət, qulluq, kiçik həcmli təmir işləri, bir yoldan digərinə keçirilməsi və gecələməsi üçün nəzərdə tutulmuş dalanında əsaslı təmir və yenidənqurma işlərinə hazırlıq başlanılıb. Metropolitenin aidiyyəti xidmətləri dalan yollarında təmizləmə işlərini həyata keçiriblər. Burada təmas relsi, yoldəyişdirici qurğular, yol yataqları, elektrik naqilləri, rabitə xətləri, ventilyasiya sistemləri, təhlükəsizlik kameraları sökülərək podratçı şirkətin işlərə start verməsinə münbit zəmin yaradılıb", - o qeyd edib.

Onun sözlərinə görə, təmir və yenidənqurma işləri ilə məşğul olan şirkət, öz növbəsində, müayinə və təhlillər aparıb: "Şirkət tərəfindən yol betonunun söküntüsü təmin edilib. Qrunt və qrunt sularından analizlər götürülüb, nəticələr müəyyənləşdirildikdən sonra müvafiq tikinti meydançası yaratmaq üçün metal konstruksiyalar quraşdırılıb".

B.Məmmədon deyib ki, dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlər göstərib: "Davamlı təsirlər nəticəsində yan və orta divarlarda erroziya intensiv xarakter alıb, blok və örtük panellərində mühafizə qatının betonu qopub və işçi armaturlar korroziyaya uğrayıb. “Evrascon"- Avropa-Asiya Tikinti Korporasiyası təmir işlərini 6 mərhələdə aparacaq. Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq".

O əlavə edib ki, görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək: "Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq. Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq. Bütün proses boyu müasir texnologiyaların ən son yeniliklərindən yararlanmaqla, dayanıqlı və yüksək keyfiyyətli materiallardan istifadə ediləcək".

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər