Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sorğumuzu cavablandırıb.
Qurumdan bildirilib ki, hazırda 10 nömrəli marşrut xətti üzrə 16 avtobus sərnişindaşımaya cəlb edilib:
“Xətt üzrə avtobuslararası interval 10 dəqiqə təşkil edir. İntervalın böyük olması yollardakı şəraitlə bağlıdır. Xüsusən günün pik saatlarında müşahidə edilən sıxlıq və tıxac avtobuslararası intervala da mənfi təsir göstərir”.
***
04.02.2025
“10 nömrəli avtobusların hərəkət intervalında gecikmələrlə bağlı heç bir tədbir görülmür”.
Bakuplus.az-ın məlumatına görə, bununla bağlı Bakı sakinləri narazılıq bildirib.
Onların sözlərinə görə, müvafiq qurumlara bir neçə dəfə şikayət olunsa da, problem aradan qaldırılmayıb.
“20-30 dəqiqədən bir işləyən avtobus olar? Normalda ən gec 5 dəqiqə olmalıdır. Bir tədbir görülsün. Yarım saat, 40 dəqiqə avtobus gözləyirik. Biabırçılıqdır axı!”, - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlamışıq.
Qeyd edək ki, 10 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobuslar MİDA Yasamal Yaşayış Kompleksi, “Elmlər Akademiyası”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Ş.İ.Xətai” metrostansiyaları və Bakı Ağ Şəhər istiqamətində hərəkət edir.