top
Şahsevənlər tayfası tərəfindən salınan Əhmədli qəsəbəsi
03 noyabr 2022, 19:20
- +

Şahsevənlər tayfası tərəfindən salınan Əhmədli qəsəbəsi

Əhmədli qəsəbəsi Abşeron yarımadasının cənub hissəsində, Bakı şəhərinin Xətai rayonunun ərazisində yerləşir.

Kəndin yaranma tarixinin birinci mərhələsi XI əsrin ortalarına, Səlcuq imperiyası dövrünə təsadüf edir. Səlcuq sultanı Toğrulun (1040-1063) hakimiyyəti zamanı Azərbaycan ərazisində məskunlaşmağa başlayan səlcuq tayfalarından bəziləri, məhsuldar torpaqlar axtararaq Abşeron yarımadasına, Əhmədli ərazisinə gəlib çıxırlar. Bu dövrdə kəndin necə adlanması bəlli deyil. [http://khatai-ih.gov.az/page/11.html

İkinci mərhələ XVI əsrin əvvəllərində, Səfəvi hakimiyyəti dövründə başlayır. Məşhur səfəvi tayfalarından olan şahsevənlərdən Mahmud və Əhməd adlı iki varlı maldar qardaş öz tayfaları ilə birgə qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş, burada məskunlaşmışlar. Tezliklə əhali arasında hörmət qazanan böyük qardaş Əhmədin şərəfinə, kənd “Əhmədli” adlandırılır. Bununla razılaşmayan Mahmud böyük qardaşına qarşı çıxır və öz tayfasını ayıraraq kəndin digər hissəsinə köçürür. Sonralar bu iki hissə yenidən birləşir və kənd ağsaqqalları kəndin böyük qardaş Əhmədin adını daşımasına qərar verirlər. Lakin bəziləri buranı “Gulay-Mahmud” da adlandırırdılar. [http://khatai-ih.gov.az/page/11.html] [Фатуллаев-Фигаров Ш. С. Зодчество Апшерона. Баку-2013]

Bakı xanlarının dövründə Əhmədli kəndi Əmircan kəndinə tabe idi. Sovet hakimiyyəti illərində, 1936-cı ildə Əhmədli kəndi şəhər tipli qəsəbə statusunu alır.

Burada əvvəllər qəbiristanlıq olmayıb və yerli əhali Bülbülə və Keşlə kəndlərinin qəbiristanlıqlarından istifadə edib. Lakin bakılı Hüseynəli xanın dövründə ilk dəfə kənddə hörmətli şəxslərdən biri olan Ağaları dəfn ediblər. Bu vaxtdan kəndin öz qəbiristanlığı mövcuddur. Kənddə Ağaların tikililəri hələ də “Ağalar otağı” adlandırılır.

Kəndin minarəsiz məscidi 1904-cü ildə milyonçu Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına inşa edilib. Bundan əlavə, burada Hacı Əbu Talıb Əbu Turab oğlunun hamamı (1886-1887-ci il), Qasımova hamamı (1914) və başqa abidələr mövcud olub.

Tarixən kənd 9 məhəllədən ibarət olub: İmanqulu, Nəzər, Dağlı, Novruzlu, Cəfərli, Qart, Qacarlı, Dağarlı. Yerli əhali, əsasən, bostançılıq və kənd təsərrüfatı ilə məşğul olub.[Фатуллаев-Фигаров Ш. С. Зодчество Апшерона. Баку-2013]

1893-cü ilin statistik məlumatlarına görə, Əhmədlidə 503 sakin yaşayırdı. 1960-cı ilin məlumatına əsasən, əhalinin sayı 4.1 min nəfər olub. 2021-ci ildə Əhmədli qəsəbəsinin əhalisi 11 min nəfər təşkil edib. [Свод статистических данных о населении Закавказского края. Тифлис-1893]; 

[Баку за 40 лет в цифрах. Баку-1960];

[https://www.stat.gov.az/]

[URIS id=77654]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər