İctimaiyyətin tullantıların düzgün idarə olunması barədə maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə oktyabrın 5-də saat 12:00-də növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev parkında keçiriləcək.
Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatlarının dəstəyi ilə təşkil olunacaq festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.