İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalı günlərində rejissor Hüseyn Seyidzadənin 1978-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırdığı "Qaynana" bədii filmi açıq havada nümayiş etdirilib.
Bu barədə Bakuplus.az-a “Azərbaycanfilm”dən məlumat verilib.
Bildirilib ki, film ziyarətçilər, xüsusən də filmi ilk dəfə seyr edən turistlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edilib ki, bu cür tədbirlər davam etdiriləcək.