Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi təşkilata üzv dövlətlərin səfirlikləri ilə birlikdə Bakıda “Avropa təamları” kulinariya festivalı keçirəcək.
Bakuplus.az xəbər verir ki, tədbir oktyabrın 6-da, saat 12:00-dan 20:00-dək Su İdmanı Sarayının arxasında, Avropa Oyunları parkında təşkil olunacaq.
Məqsəd Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir.