Nərimanov rayonunda “Kənndən Şəhərə” yarmarkası davam edir. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Satış yarmarkasında ümumilikdə 20-yə qədər regiondan 40-dan çox fermerin iştirakı gözlənilir. Tədbirdə 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.
Satışa çıxarılan məhsulların keyfiyyətini yoxlamaq üçün Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səyyar laboratoriyaları xidmət göstərəcək.
Yarmarka mayın 25-i və 26-da Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək.