top
Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi
11 iyun 2025, 14:19
- +

Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlində təqsirləndirilən 1998-ci il təvəllüdlü Şəxsət Səfərova hökm oxunub.

Qafqazinfo.az xəbər verir ki, cinayət işi üzrə tanınmış həkim-uroloq Elza Binnətova zərərçəkmiş şəxs qismində tanınıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən plazada fəaliyyət göstərən cagdas.edu.az saytının və xaricdə ali təhsil agentliyinin rəhbərlərindən olan Şəxsət özünü İstanbul Cərrahpaşa Universitetinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi kimi təqdim edib. O, E.Binnətovaya övladını həmin universitetə qəbul etdirəcəyi vədi verərək 58 min dollar (98 600 manat) alıb. Lakin bir müddət sonra Şəxsət vədini yerinə yetirə bilməyib. E.Binnətova pulları geri tələb etsə də, o, aldığı vəsaiti qaytarmayıb. Həmçinin həkimin övladı Bakıda digər universitetə imtahan verərək qəbul olub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Şəxsət barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli iqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

O, ifadəsində aldığı pulun 40 min dollarını Türkiyəyə göndərdiyini, 8 min dollarını Fatih adlı şəxsə verdiyini, 10 minini isə özünə götürdüyünü deyib: “5 ildir bu işlə məşğulam. İlk dəfədir ki, problemlə qarşılaşıram. Mənim Elza xanımı aldatmaq niyyətim olmayıb. Qarşı tərəflə İstanbul Cerrahpaşa Universitetində övladlarını tibb fakültəsinə qəbul etdirmək barədə razılaşmışdıq. Türkiyədə uşaqları instituta düzəltməklə məşğul olan şəxslərlə üç ildir ki, işləyirdim. Lakin sonuncu dəfə pulu alıb işi düzəltmədilər. Həmin şəxslər iki-üç aya problemi həll edəcəklərini demişdilər, lakin həll edə bilmədilər. Mən pulun qaytarılmasını tələb etmişdim, lakin həmin şəxslər qaytara bilmədilər”.

E.Binnətova isə ifadəsində instaqram sosial şəbəkəsində İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı “Çağdaş Eğitim” şirkətinin elanını gördüyünü və onlarla əlaqə saxladığını, lakin qarşı tərəfin onu aldadaraq külli miqdarda pul aldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Şəxsət həbsdən azadlığa buraxılıb. Qeyd edilib ki, təqsirləndirilən tərəf zərərçəkmişə vurduğu ziyanın böyük hissəsini ödəyib və 18 min dollarlıq hissə qalıb. Məhkəmə həmin pulun da tutularaq qarşı tərəfə verilməsi barəsində qərar çıxarıb. Mənəvi zərərlə bağlı 5 min manatlıq mülki iddia isə baxılmamış saxlanılıb.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər