Nərimanov rayonunda yol qəzasında xəsarət alan piyada 2 ay sonra vəfat edib.
Apa.az xəbər verir ki, aprelin 26-sı Cahangir Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olarkən yolu piyada keçidi olmayan yerdən keçməyə çalışan 1955-ci il təvəllüdlü Xanlar Qubadovu vuraraq xəsarət yetirib.
Xanlar Qubadov müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.