top
Ekspert: “Bir sıra ölkələrə vizasız gediş-gəliş turizmə təkan verə bilər” - AÇIQLAMA
28 sentyabr 2024, 13:00
- +

Ekspert: “Bir sıra ölkələrə vizasız gediş-gəliş turizmə təkan verə bilər” - AÇIQLAMA

Turizm bütün dünya ölkələrinin maraq dairəsində olan, biznes strukturlarını təkana gətirən sahədir. Azərbaycan son illər turizm sektorunun inkişafına ciddi maraq göstərir, ölkədə keçirilən bir sıra beynəlxalq tədbirlər bu sahəyə müsbət töhfəsini verir. Ölkədə turizm sahəsində canlanma daha çox yay mövsümündə müşahidə edilir. Son vaxtlar turizm sektorunun canlanması üçün bir sıra tədbirlər görülür. Bu səbəbdən də ötən illər ərzində ölkəyə gələn turistlərin sayında da artım gözə çarpır. Bu il isə turistlərin sayı, ümumiyyətlə çoxalıb. Təkcə cari ilin mart ayı ərzində ölkəyə gələn turistlərin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26% artıb. Lakin pandemiya dövründə digər sahələrdə olduğu kimi turizm sektorunda da geriləmələr olub.

Turizm sektorunu bu il tam bərpa etmək mümkün olarmı? Quru sərhədlərin açılması gözlənilirmi? Sektorun canlanması üçün prioritet olaraq hansı istiqamətlərə diqqət edilməlidir?

Mövzu ilə əlaqədar turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov BakuPlus.az-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə turizm sektoru özünün bərpa dövrünü keçir:

Ekspert: “Bir sıra ölkələrə vizasız gediş-gəliş turizmə təkan verə bilər” - AÇIQLAMA

“Artıq ötən illərə nisbətən turizm sektorunda irəliləyişlər var. Bunu həm ölkəyə gələn turistlərin sayında, həm də aviareyslərin sayının artımında müşahidə edirik. Amma təəssüflər olsun ki, ölkəmizdə turizm sektoru pandemiyadan öncəki, yəni 2019-cu ildəki vəziyyətinə çata bilməyib. Ehtimal var ki, turizm sektorunda görülən işlər quru sərhədlər bağlı olsa da, Azərbaycanda turizm bazarında canlanmaya səbəb olsun. Amma hava nəqliyyatı yolu ilə turistlərin ölkəmizə gəlişi davam edir”.

Ölkədə turizm sektorunda görülən işlər barədə danışan ekspert qeyd edib ki, atılan addımlardan biri də bəzi ölkələrə birbaşa təyyarə reyslərinin açılmasıdır:

“Bu, turistlərin gəlişinə də müsbət təsir edir. Hindistan, Pakistan, Çin və bir sıra böyük bazarlara birbaşa hava reyslərinin bərpa olunması, eləcə də viza prosesinin kifayət qədər sadələşdirilməsi də müsbət haldır. Əlavə olaraq onu da qeyd edim ki, Çinlə son dövrlər viza məsələsində əldə edilən razılaşma yaxın gələcəkdə bu sektora öz müsbət töhfəsini verəcək. Bu tədbirlər çoxaşaxəli və davamlı olmalıdır. Viza prosesinin asanlaşması ilə yanaşı bir çox ölkələrə vizasız gedişlər təmin edilib. Amma bu proses daha böyük coğrafiyanı əhatə etməlidir.

Turist potensialı yüksək olan ölkələr ilə qarşılıqlı olaraq vizanın ləğvi daha yaxşı olardı. Bu, ölkəyə gələcək turistlərin sayına çox ciddi təsir edəcək. Sahibkarlarla danışmaq lazımdır, turizmin inkişafı ilə bağlı regionlarda da ciddi tədbirlər görülməlidir. Müxtəlif stimullaşdırıcı tədbirlərdən biri turistlərin istirahəti üçün müvafiq yerlərin ayrılmasıdır. Bununla bağlı sahibkarla təşviq proqramları hazırlanmalıdır. Hazırda yerləşmə yerlərində müəyyən qədər seçim məhdudiyyəti var. Odur ki, yeni yerləşmə yerləri inşa edildikcə sektorda canlanma da müşahidə ediləcək. Ümumiyyətlə, ölkə olaraq turistləri cəlb etmək üçün müxtəlif və maraqlı səbəblər yaratmalıyıq. Xüsusilə də ölkənin təhlükəsizliyidir ki, Azərbaycan bu mənada ön sıralardadır. İkinci önəmli məqam isə ölkənin əlaçatanlığı, digər baryerlərin olmamasıdır”.

Turistlər səfər etdikləri ölkələrdə qiymət və keyfiyyət nisbətinə diqqət edirlər. Təbii ki, daha əlverişli qiymətə yüksək keyfiyyət görmək istəyirlər. Azərbaycanda 8 Beynəlxalq Hava Limanı fəaliyyət göstərir ki, onların hər birindən səmərəli istifadə etmək mümkündür. Yeni açılan hava limanlarımız münasib qiymətə ucuz hava daşıyıcılarını cəlb etsə, turistlərin gəliş sayına müsbət təsir edər.

Son statistikaya görə, ölkəyə turistlərin giriş-çıxışının 90 faizindən çoxu Bakı Beynəlxalq Hava Limanı vasitəsilə həyata keçirilir. Sadalanan tədbirlərin görülməsi bu yükün digər hava limanları arasında paylanmasına, eləcə də regionlarda da turizm sektorunun canlanmasına səbəb ola bilər”,- deyə ekspert Ceyhun Aşurov qeyd edib.

Nəzrin Vahid

 

 

 

 

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər