Səkinin zəbt edilməsi hesabına daha bir parklanma yeri Təbriz küçəsində yeni yaşayış binasının qarşısında yaradılıb.
Baki Gundeliyi facebook kanalına şikayət göndərən izləyici bildirib ki, hələ ilin əvvəlində aidiyyəti orqanlara sözügedən ünvanda ağacların əkilməsi və səkinin yenidən qurulması xahişi ilə müraciət edib. Hətta Nərimanov Rayon İcra Hakimiyyəti bununla bağlı yerli mənzil-kommunal təsərrüfatı qurumuna tapşırıq verib. Amma bu günlərdə səkinin həmin hissəsinin parkinqə çevrildiyini, zibil qutularının da oradan götürüldüyünü görüb.
Səkilərə nəzarət faktiki olaraq yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Amma ötən ay AYNA üçün müəyyən edilən yeni vəzifələrə “piyada-yol infrastrukturunun təşkilində iştirak etmək” də daxil edilib.