top
Stepan Razinin Bakıya hücumu
21 dekabr 2021, 14:10
- +

Stepan Razinin Bakıya hücumu

1667-ci ilin yayında don kazak qoşunlarının başçısı Stepan Razin altı min kazakla Volqa çayından çıxaraq gəmilərlə Xəzər sularına daxil olur və İran sahillərinə tərəf üzür. Yolda o, Dərbəndlə Bakı arasındakı sahilboyu kəndləri talan edir və ayrı-ayrı yerlərdə düşərgə salır. Belə düşərgələrdən biri də, keçmiş Razin qəsəbəsində dağın ətəyi idi. Rəvayətə görə, Razin öz xəzinəsini burada yerləşən mağarada gizlədir.

Sonra Razin Bakı qalasına yaxınlaşır, lakin onu tuta bilmir. O, şəhər ətrafındakı kəndləri qarət edəndən sonra, ələ keçirdiyi qənimətlər, əsir aldığı 100-dək adam və 7 min qoyunla Xəzərdəki Jiloy (indiki Çilov) adasına çəkilir. İddia edilir ki, adanın adı məhz bu hadisə ilə bağlıdır. 1763-cü ildə rus hidroqrafı F.İ.Soymonov yazırdı: “Boğazın sonunda...Jiloy adası var, lakin orada yaşayış yoxdur. Deyirlər ki, Xəzər dənizində talanlıq edən məşhur Don kazakı Stepan Razinin bir müddət orada yaşadığına görə belə adlandırılıb”. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006] [Соймонов Ф.И. Описание Каспийского моря и чиненных на оном Российских завоеваний.-1763]

Razinin hücumu ilə başqa bir adanın adı da bağlıdır. Deyilənə görə, kazaklar Xəzər sahillərindən aldıqları qənimətləri dənizin Zənbil adasında bölüşdürürdülər. O vaxtdan həmin ada “Duvannı” adını da almışdı. “Duvannı” sözü “duvanit” sözündən əmələ gəlib, “bölüşdürmə” mənasını verir. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]

XVII əsrin Niderland səyyahı Yan Streys, Razin kazaklarının söhbətlərindən parçalar vermişdir: “… Bakıya və Astrabada tərəf üz tutdular. Qabağlarına çıxan adamları qılıncdan keçirir, evləri və mülkləri yandırdılar. Bakıya çatanda əllərinə çoxlu çaxır keçdi və onu öz aralarında bölüşdürdülər. Çaxır içməyə adət etmədikləri üçün hamısı sərxoş oldu. O zaman beş minə qədər kazak idilər. Bundan istifadə edən müsəlmanlar tez qoşun toplayıb, sərxoş kazakların üstünə düşdülər. Çox güclü və igidcəsinə vuruşurdular, demək olar ki, hamısını qırdılar... Stepan da çətin vəziyyətə düşdü. Yanında mühafizəçi olmasaydı, o da diri-diri əsir düşəcəkdi”. [Стрейс Я.Я. Три путешествия. Москва-1935]

Stepan bir neçə dəfə Bakıya uğursuz hücumdan sonra, cənuba çəkilir. Oradan qayıdandan sonra, Razin bir müddət Bakı yaxınlığındakı Səngi Muğan adasında düşərgə salır. 1669-cu ildə Səfəvi ordusu Astrabadlı Məmməd xanın başçılığı ilə adanı dövrəyə alır. Bu döyüş Stepan Razinin Xəzər dənizində axırıncı döyüşü olur və o, Həştərxana yollanır. [Кемпфер Э. Записки о персидском походе С. Разина // Иностранные известия о походе Степана Разина. Материалы и исследования. Лениград-1975] [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər