top
“Hitlerin qaz kameralarında boğdurduğu yəhudilərin əksəriyyəti Xəzər türkləri olub” – Tarixçi
25 iyun 2025, 16:17
- +

“Hitlerin qaz kameralarında boğdurduğu yəhudilərin əksəriyyəti Xəzər türkləri olub” – Tarixçi

Xəzər Xaqanlığı haqqında Vikipediyada yer almış bəzi məlumatlar narazılığa səbəb olub.

Bakuplus.az-a müraciət edən oxucu iddia edir ki, bu məlumatlarda ciddi ziddiyyətlər var.

Bu məlumatlardan birində qeyd olunur ki, 740-cı illərdə xəzərlərin əksəriyyəti yəhudiliyi qəbul etmişdilər. Xəzərlərin rəsmi dili kimi isə yəhudi dili göstərilib.

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz tarixçi alim Zaur Əliyev bildirib ki, Hitlerin qaz kameralarında boğdurduğu yəhudilərin əksəriyyəti də Xəzər türkləri olub:

“Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yaratmış türk xalqının mənşəyi barədə türklərin öz dilindən bəzi əfsanələr qeydə alınıb və onlarından biri bu xalqın Qərbdən - Xəzər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir. Bir çox tədqiqatçıların gəldiyi son nəticə bundan ibarətdir ki, mədəniyyət Xəzər dənizinin sahillərinə qədərki ərazi sayılan “Turan ovalığı”nda mərkəzləşib və buradan dünyanın başqa ərazilərinə yayılıb. Aparılan arxeoloji qazıntılar nəticəsində bəlli olub ki, dünyanın böyük rəmzlərindən sayılan səkkizguşəli ulduzun, dünyanın bütövlüyünün rəmzi olan əks istiqamətli butaların, xaç və svastika kimi ən qədim mədəniyyət nümunələri məhz bu ərazidən dünyaya yayılıb.

Xaqanlıq ərazisində çoxlu xalqlar yaşadığı kimi, müxtəlif dinlər mövcud olub. Həmin dinlərdən islamı, xristianlığı, yəhudiliyi və bütpərəstliyi qeyd etmək olar. Bundan başqa  Xəzər Xaqanlığında yəhudilərə münasibət yaxşı olub. Xəzər türkləri onları ərəblərin təqibindən qorumağa çalışıb. Hətta onlar arasında münasibət o qədər yaxşı olub ki, Xəzər türkləri 790-cu ildə iudaizmi qəbul edib.

Yəhudilik Xəzər türklərindən az miqdarda adamın, xristianlıq da yalnız qaqauzlarla çuvaşların qəbul etdikləri bir din olub. Xəzərlərin hakim zümrəsinin 730-ci ildə yəhudi dinini qəbul etməsinə baxmayaraq, xalqın əsas hissəsi şamançı və tanrıçı olaraq qalırdı. Xəzərlərin yəhudiliyi qəbul etmiş hökmdarı Bulanın adı qaynaqlarda keçir. Ondan sonra  Xəzər xaqanlığı yəhudiliyi dövlət dini kimi qəbul edən yeganə türk imperiyası kimi qeyd olunmağa başlanır. Bizans və İrandan qovulmuş yəhudilər burada sığınacaq tapdılar və müəyyən müddət sonra ölkənin elitasına çevrildilər. Xəzər döyüşçüləri Davud bayrağı altında döyüşərək İpək Yolu karvanlarını qoruyurdular. Onların səltənəti süquta uğrasa da, Xəzər türkləri haqqında əfsanə tarixin dərinliklərində yaşayır.

Digər dinlərin türk boyları arasında geniş yayılmaması bu dinlərin bütün türkləri qane edən bir anlayışı əks etdirməməsi, özlərinə xas inanc və mədəniyyətlə üst-üstə düşməməsi və xarakterləri ilə düz gəlməməsi ilə izah edilir.

Britaniyanın yəhudi əsilli alimi Eran Elhaik yazır ki, türk boylarının bir qismi 8-ci əsrdə yəhudiliyə keçib və köç yollarından istifadə edərək Avropa qitəsinə doğru irəliləyiblər. Elhaik müasir yəhudilərin ortaq kökə sahib olmadığını yazır. Ona görə onların kökləri Yaxın Şərqdə, yəni Fələstində yaşayan yəhudilərə deyil, Xəzər, yəni türk mənşəli olub digər tayfalarla qarışanlara dayanır. Macar yəhudisi Artur Köstler də yəhudilərin 12 boyundan əlavə, Xəzər türklərindən əmələ gələn 13-cü qəbiləsinin də olduğunu irəli sürüb. Köstler 1976-cı ildə yazdığı "13-cü qəbilə" adlı kitabında Şərqi Avropa (aşkenazi) yəhudilərinin türk əsilli olduğunu iddia etmişdi. Köstlerə görə, Hitlerin qaz kameralarında boğdurduğu yəhudilərin əksəriyyəti də Xəzər türkləri olub”.

Kamran Rza

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər