top
SSRİ-yə kosmosa yol açan azərbaycanlı Kərim Kərimov
28 dekabr 2021, 16:10
- +

SSRİ-yə kosmosa yol açan azərbaycanlı Kərim Kərimov

Kərim Əli oğlu Kərimov 14 noyabr 1917-ci ildə Bakı şəhərində mühəndis-texnoloq ailəsində anadan olub.

Vaxtilə strateji dövlət orqanlarından birinə rəhbərlik etməsinə baxmayaraq, onun adı və siması uzun müddət gizli saxlanılırdı. SSRİ-nin bütün kosmik gəmilərinin heyətlərini Kərimov şəxsən özü kosmosa göndərirdi. Heyətlər uçuşa hazır olmaları və uçuşun uğurla başa çatması haqqında məruzələri ona edirdilər. Həmin hesabatların efirə verildiyi reportajlarda Kərimovun ancaq kürəyini göstərərdilər. Dövlət komissiyası sədrinin şəxsiyyəti barədə “Pravda” və “Sovetskaya Rossiya” qəzetlərinin 1987-ci ildə məlumat verməsindən sonra onun kimliyi üzə çıxır. [https://azerhistory.com/?p=12788]

1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərimov, Artilleriya Akademiyasında öz təhsilini davam etdirib. 1946-cı ildən o, ballistik raketlərin radio-ölçü sistemlərinin yaradılması istiqamətində işlər aparıb və raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radio-ölçü sistemi yaradıb. Kərimov “Zenit” kəşfiyyat peyklərinin buraxılmasına şəxsən nəzarət edib. [https://science.gov.az/az/forms/skonchavshiesya-poch%D1%91tnyie-chlenyi/2642]

Sonralar o, “Molniya-1”, “Meteor” süni peyklərinin uçuşu üzrə dövlət komissiyasının sədri vəzifəsində çalışıb. 1961-ci ildə ilk dəfə Yuri Qaqarinin kosmosa uçuşu onun fəaliyyəti sayəsində mümkün olub. 1966-cı ildə Kərimov kosmik uçuşlar üzrə dövlət komissiyasının sədri vəzifəsinə təyin olunub. O, 25 il həmin komissiyanı idarə edib və bütün kosmik uçuşlara və başqa planetlərə kosmik raketlərin göndərilməsi haqda sonuncu qərarı verib.

Kosmosu tədqiq edən “Soyuz” raket daşıyıcılarının yaradılması, “Salyut” orbital stansiyasının qurulması Kərimovun rəhbərliyi altında həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu “Mir” orbital stansiyası yaradılıb. [Керим Керимов. Дорога в космос. Баку-1995]

1991-ci ildə təqaüdə çıxan Kərim Kərimov ömrünün sonunadək Rusiyada Uçuşu İdarəetmə Mərkəzində məsləhətçi vəzifəsində çalışıb.

Kərimov Sosialist Əməyi Qəhrəmanı, Stalin, Lenin və dövlət mükafatı laureatıdır. O, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri üzvü seçilmişdir.

Kərim Kərimov 29 mart 2003-cü ildə vəfat edib və Moskvada dəfn olunub.

[Керимов Керим [Алиевич - председатель Госкомиссии Байконура, герой Соц. Труда — OurBaku]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər