top
Sovet vaxtı Stalin mükafatına layiq görülən üçüncü qadın: aktrisa Leyla Bədirbəyli
08 yanvar 2022, 10:30
- +

Sovet vaxtı Stalin mükafatına layiq görülən üçüncü qadın: aktrisa Leyla Bədirbəyli

Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda anadan olub. Atası Şəmkir bəyləri nəslindən, anası isə şəmkirli Musa xanın qızı idi.

Uşaqlıqda Leyla anası ilə tez-tez rəqs dərnəyinə gedərdi, rəqsə maraq göstərərdi. Leyla 10 yaşında olarkən rus rejissoru Dziqa Vertovun “Lenin haqqında üç mahnı” adlı filmində “pioner qız”ın roluna çəkilmişdir. Bədirbəyli 1937-1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblında solist olub. 1937-ci ildə, “Dəcəl dəstə” filmində “pioner dəstə rəhbəri”, 1941-ci ildə “Səbuhi” filmində “Tubu” rollarında oynayıb. Məhz “Səbuhi” filmindən sonra aktrisa teatrda işləmək üçün dəvət alır.

[Гюльнара Джавадова. Лейла Бадирбейли - Настоящая Восточная Красавица…Бакинский рабочий.- 2010]

[Azərbaycan Sovet Ensiklopediyası - II Cild. Bakı-1979]

Bədirbəylinin teatrda ilk çıxışı M.İbrahimovun “Məhəbbət” tamaşasında “Zəhra” rolu olub. Teatr səhnəsində “Tufan”da “Klaşa”, “Pəri cadu” tamaşasında “Pəri”, “Vaqif”də “Gülnar” və “Xuraman”, “Xanlar”da “Mehriban” kimi rolları ifa edib. [Aydın Kazımzadə. Azərbaycan kinosunun simaları - Leyla Bədirbəyli. Mədəniyyət.- 2010]

1945-ci ildə Leyla Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti ilə “Arşın mal alan” filmində Gülçöhrə obrazını canlandırmışdır. Onun gözəlliyini və ifasını bəyənən Stalin, Leyla Bədirbəylini “əsl şərq gözəli” adlandırmışdır. Akrisa 1946-cı ildə Stalin mükafatına layiq görülən Sovet İttifaqının üçüncü qadını olmuşdur.  [Гюльнара Джавадова. Лейла Бадирбейли -Настоящая Восточная Красавица…Бакинский рабочий.- 2010]

Bundan əlavə, Bədirbəyli “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Fətəli xan”, “Görüş”, “Koroğlu” kimi filmlərdə baş rollarda çəkilib.

1995-ci ildə aktrisanın həyat yoldaşı xaricdə ağır yol qəzasında həlak olur, bir il sonra isə Leylanın böyük qızı yol qəzasında dünyasını dəyişir. Bu iki hadisədən sonra Leyla Bədirbəyli evə qapanır. Yalnız 1 yanvar 1999-cu ildə, Heydər Əliyev ona “İstiqlal” ordenini təqdim edərkən evdən çıxıb ictimaiyyət arasında görünür. [https://umayclub.com/goz%C9%99llik-simvolu-leyla-b%C9%99dirb%C9%99yli/]

Leyla Bədirbəyli 23 noyabr 1999-cu ildə, 79 yaşında vəfat edib. O, Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub. Bakıda yaşadığı binanın divarına (Şəmsi Bədəlbəyli küçəsi, 84) onun xatirə lövhəsi qoyulub.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər