top
İsmailiyyə sarayı: sakinlər tərəfindən saxlanılmış tarix
02 oktyabr 2021, 14:10
- +

İsmailiyyə sarayı: sakinlər tərəfindən saxlanılmış tarix

İsmailiyyə sarayı Bakıda, İstiqlaliyyət küçəsində yerləşir. Bina 1913-cü ildə milyonçu Ağamusa Nağıyev tərəfindən oğlunun şərəfinə inşa edilmişdir. Bura “Cəmiyyəti-Xeyriyyə” kimi də tanınır.

Ağamusanın oğlu İsmayıl vərəm xəstəliyindən dünyasını dəyişmişdi. Ağamusaya oğlunun xatirəsinə bina tikdirmək təklifini Hacı Zeynalabdin Tağıyev edir. Hər il Novruz bayramı münasibəti ilə təşkil olunmuş məclislərin birində, Tağıyev Ağamusa Nağıyevə təklif edir ki, Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin və ora oğlunun adını versin.

Bundan əvvəl isə, Tağıyev Şəhər Dumasına rəsmi məktubla müraciət edərək, cəmiyyət üçün “Qızlar məktəbi”-nin yanında ərazi ayırmasını xahiş edir və müsbət cavab alır. Beləliklə, Ağamusa Nağıyev razı olandan sonra, 21 dekabr 1908-ci ildə binanın təməlqoyma mərasimi keçirilir.

Binanın layihəsi memar İosif Ploşkoya həvalə olunmuşdur. Saray qotika üslubunda beş il ərzində inşa edilmişdir. Binanın fasadında qızıl hərflərnən müxtəlif müdrik kəlamlar və Qurandan surələr həkk olunmuşdur. Burada 6 kiloqram çəkidə qızıldan “İsmailiyyə” adı yazılmışdır.

Birinci Dünya müharibəsi zamanı, İsmayilliyə binası əsgərlər üçün xəstəxana və yardım məntəqəsi kimi istifadə edilib.

1918-ci ilin mart soyqırımı zamanı, ermənilər İsmailiyyə sarayına zərər vermişdilər. Saray əvvəlcə atəşə məruz qalmış, daha sonra isə yandırılmışdır. Yanğın zamanı sarayda fəaliyyət göstərən qurumların, o cümlədən sarayın öz arxivi yanaraq məhv edilmişdir, qızıl “İsmailiyyə” yazısı isə oğurlanmışdır.

Sovet dövründə İsmailiyyə sarayının yararsız olması səbəbindən, onun sökülməsinə qərar verilmişdir. Lakin yerli əhali bina qarşısına toplaşaraq, onun sökülməsinə imkan verməmiş və yalnız bundan sonra, 1923-cü ildə, saray bərpa olunmuşdur. Bərpa zamanı sarayın layihəsi olduğu kimi saxlansa da, vaxtilə Quran ayələrinin yer aldığı medalyonlarda, sovet hakimiyyətinin simvolu olan beşguşəli qızılı ulduzlar yerləşdirilmişdir.

Bərpa işlərindən sonra, İsmailiyyədə tədqiqat cəmiyyətləri, əlyazmalar fondu, təhsil sarayı və digər təşkilatlar müxtəlif zamanlarda burada yerləşdirilib. Hazırda binada Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

 Mənbələr:


  • Şamil Fətullayev-Fiqarov. BAKI MEMARLARI XIX əsrin sonu - XX əsrin əvvəlində. Bakı-2013



 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər