Konstantin İvanoviç Sençixin 1905-сi ildə Bakıda anadan olub.
O, 1925-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. Onun tələbə yoldaşları sırasında Azərbaycanın memarlarından Sadıq Dadaşov və Mikayıl Useynovun adlarını çəkmək olar. [https://tramvaiiskusstv.ru/grafika/spisok-khudozhnikov/item/3136-senchikhin-konstantin-ivanovich-1905.html] [https://ourbaku.com/index.php/Сенчихин_Константин_Иванович_-_архитектор%2C_бакинский_Корбюзье]
Azərbaycan Tibb Universitetinin və Azərbaycan Müdafiə Nazirliyinin binaları, “Monolit”, Lökbatan Mədəniyyət Sarayı, “Artistlər evi” və s. binalar memar Sençixinin layihəsi ilə inşa edilib. “Monolit” binası istifadəyə verildikdən sonra burada Azərbaycan müasir professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyov, şairə Mirvarid Dilbazi, SSRİ xalq artisti Mərziyyə Davudova, filosof Heydər Hüseynov kimi şəxsiyyətlər yaşamışdır.
[Məmməd. “Yalançı Bakı”. Azad Azərbaycan. 21 may 2013. S.7.] [https://azerhistory.com/?p=5085]
Müharibə illərində faşist Almaniyasının Bakını ələ keçirmək planı olduğunu bilərək bütün strateji obyektləri qorumaq üçün memarlara indiyədək məxfi saxlanılan “Yalançı Bakı” proyekti üzərində çalışmaq tapşırılmışdı. Şəhərin kamuflyaj xidmətinin rəisi təyin edilən azərbaycanlı memar Konstantin real şəhərdən 30 km aralıda saxta Bakını layihələndirib tikərək bu işin öhdəsindən gəlib. [https://tramvaiiskusstv.ru/grafika/spisok-khudozhnikov/item/3136-senchikhin-konstantin-ivanovich-1905.html] [Басти Паша. Истина о “Ложном Баку”. Бакинский рабочий. 11 мая 2022. С. 11]
Konstantin Sençixin Moskvada SSRİ Nəqliyyat Nazirliyi qarşısında Bakıda metro xəttinin çəkilişinin vacibliyini qeyd edir və bu ideyanın təsdiqlənməsinə nail olur. O, “Bakımetrolayihə”yə rəhbərlik edib və onun layihəsi əsasında “Gənclik”, “Depo”(Nəriman Nərimanov), “Xətai” və “20 Yanvar” stansiyaları tikilib. Buna görə Konstantin “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. [https://azerhistory.com/?p=5085] [Məmməd. “Yalançı Bakı”. Azad Azərbaycan. 21 may 2013. S.7.]
Konstantin İvanoviç Sençixin 1985-ci ildə vəfat edib.