top
Rusiya imperiyasının əyalətlərində yeganə Dəniz Aviasiya Zabitləri Məktəbi
18 mart 2023, 11:33
- +

Rusiya imperiyasının əyalətlərində yeganə Dəniz Aviasiya Zabitləri Məktəbi

1915-ci ildə Bakıda Dəniz Aviasiya Zabitləri Məktəbi açılır. Müəssisə Sankt-Peterburq Hərbi Dəniz Qüvvələri Zabitlər Məktəbinin filialı kimi fəaliyyət göstərirdi. Bu, Rusiya imperiyasının əyalətlərində ilk, yeganə və sonuncu dəniz zabitləri məktəbi idi.

Məktəbin Bakıda açılmasının bir neçə səbəbi var idi. Bakı limanı qışda donmurdu və bu, daim pilotların hazırlanmasına imkan verirdi. Bundan əlavə, Bakı yük dövriyyəsinə görə imperiyanın ən böyük dəniz limanı idi və digərlərindən daha dinamik inkişaf edirdi.

Bakı Dumasının rəhbəri M.H.Hacınski məktəb üçün Azneft meydanı ilə üzbəüz yer seçmişdi. Ərazi hasarlanmış, orada təyyarə anqarı və digər yardımçı tikililər inşa edilmişdi. Rəhbərlik birinci dərəcəli kapitan A.A.Yanoviçə həvalə edilmişdi. [https://azerhistory.com/?p=12850]

22 noyabr 1915-ci ildə məktəbin açılışı baş tutdu. Bakının ictimai xadimləri, neftçiləri, təhsil müəssisələrinin, bankların, birja komitəsinin nümayəndələri, alimləri, din xadimləri dəvət edildi. Mərasimdə hidroplan uçuşları nümayiş etdirildi və bayram şam yeməyi təşkil olundu.

Məktəbin bir hissəsi bakılı milyonçu Mirbabayevin malikanəsində (SOCAR-in köhnə binası) yerləşib. Mövcud olduğu illər ərzində burada 40 zabit və 17 aşağı rütbəli kadr hazırlanıb, 20 pilot məzun olub. Birinci Dünya müharibəsi zamanı, 1917-ci ildə Riqa yaxınlığındakı Angern gölündəki Alman dəniz təyyarələrinin bazası məhv edilib. Bu basqında Bakı Dəniz Aviasiya Zabitləri Məktəbinin məzunları da iştirak ediblər. Bakının ilk aeroşəklini məhz məktəbin pilotları çəkiblər.

Şaumyanın başçılıq etdiyi Bakı kommunasının dövründə Dəniz Aviasiya Zabitləri Məktəbi onlara tabe olmurdu və Bakının ələ keçirilməsinə qarşı çıxırdı. Bu hadisələrin şahidi olan bakılı hüquqşünas B.Baykovun xatirələrindən: “...yalnız dəniz aviasiya məktəbi bolşeviklərin planına nəinki həmfikir olmurdu, əksinə, buna qəti şəkildə qarşı çıxırdı və bu, bolşevikləri narahat edirdi”. [Рудольф Гиль. Приветъ изъ Баку (Архивные документы сквозь столетия). Баку-2014

Bakıda Dəniz Aviasiya Zabitləri Məktəbi 1918-ci ilin sentyabrında fəaliyyətini dayandırdı. General L.Denstervillin Britaniya korpusunun geri çəkilməsi zamanı bütün hidroplanlar və anqarlar yandırıldı. Buranın mütəxəssisləri xidmət üçün Nijni Novqoroda köçürüldü. Məktəbin pilotları P.Depp və İ.Oqorodnikov Xəzərin şərq sahillərinə iki “Forman”la (uzun məsafəli uçuşlar həyata keçirməyə qadir olan hidroplan növü) uçmağa cəhd edirlər. Pavel Depp qəzaya uğrayır və həlak olur. Oqorodnikov isə Krasnovodska çatır və Xəzərin qərb sahilindən şərq sahilinə uçuş rekordu qırır. [https://www.youtube.com/watch?v=blZ9Mxgc6JA&list=TLPQMDcwNTIwMjLnCpuGcHZamA&index=1]

[URIS id=94604]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər