top
İran şahı Müzəffərəddinin Bakıya səfəri
29 avqust 2023, 19:00
- +

İran şahı Müzəffərəddinin Bakıya səfəri

26 aprel 1902-ci ildə İran şahı Müzəffərəddin Qacar Bakıya səfər edib. O, Bakıya gəlməyini və burada iki gün qalmağını öz səyahətnaməsində təsvir edib.

Səhər saatlarından Bakı limanının komandiri kontr-admiral fon Berq, vitse-qubernator Lilyev, Bakı meri Belyavski və digər rəsmi şəxslər dəmir yolu vağzalına toplaşmağa başladılar. Vağzalda bayraq və musiqi ilə süvari alayının 100 zabiti düzülmüşdü. Şah saat 10:15-də, yaşıllıqlarla, İran qalxanları və bayraqları ilə bəzədilmiş imperator qatarında gəldi. Orkestr onun gəlişini İran himni ilə qarşıladı. Sonra şah çar otağına keçdi və burada onu ruhanilər qarşıladılar, Belyavski fars yazıları ilə bəzədilmiş gümüş nimçədə ona çörək və duz təqdim etdi.

Şah gələnlərə təşəkkür edib, girişdə onu gözləyən və Bakı süvari alayı ilə əhatə olunan faytona yollandı. Şahın keçdiyi küçələrin bütün evləri İran və rus bayraqları və gerbləri ilə bəzədilmişdi. Birjevaya küçəsində tacir Ağa-Bala Quliyev tərəfindən onun şərəfinə tağ ucaldılmışdı. O, çələng, bayraq və gerblərlə bəzədilmişdi. [Газета Тифлисский Листок. 1902. 30 апреля]

Şah müvəqqəti qalmaq üçün erməni tacir Tumanyanın Qubernator bağının yanında inşa edilmiş evini seçmişdi. Binanın qabağında xalı-xalça döşənmişdi, bina bayraqlarla və çıraqlarla bəzədilmişdi. Qız qalasının və Qoşa qala qapısının üstündə iri məşəllər, rəngbərəng fənərlər yanırdı. Axşam dənizə şamlarla bəzədilmiş gəmilər, qayıqlar çıxmışdı, musiqi səslənirdi, toplardan yaylım atəşi açılmışdı. İran səfirliyinin böyük həyətində qurban kəsib, şənlik düzəltmişdilər.

Ertəsi gün şah, rus imperatorunun əmri ilə Tiflisdən Bakıya gələn Qafqaz canişini ilə görüşdü. Sonra Bakının bütün əyanları və şəhər hakimləri şahın hüzuruna gəldilər. Şaha rus imperatorunun hədiyyə göndərdiyi altı dənə tüfəng təqdim edildi.

Sonra şah rus admiralı Arsenyevlə neft mədəninə tamaşaya yollandı. Lakin burada ağır işlərdə çalışan iranlı bir fəhlə Şah küçə eyvanına çıxanda özünə od vurub yandırdı. Həmin axşam Hacı Zeynalabdin Tağıyev şahın şərəfinə böyük ziyafət təşkil etdi. Manaf Süleymanovun kitabına əsasən, o, həmin məclisdə şaha dedi: “Mən müsəlman olduğum halda bəs niyə mənim yox, gedib erməni Tumanyanın evinə düşdünüz?” Şah cavab verdi: “Sən müsəlman olsan da, rus təbəəsisən, Tumanyan isə mənim rəiyyətimdir. İran təbəəsidir, onun evi mənim evimdir”. O, Tağıyevlə söhbətdə ona: “Qayıdanda məktəbinə baş çəkəcəyəm”, – dedi. [Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı-1987]

Növbəti gün, 28 apreldə şah Müzəffərəddin müşayiətçiləri ilə dəmir yolu vasitəsilə Rostova yollandı. [Газета Тифлисский Листок. 1902. 30 апреля]

Bakıya səfər, Bakı, tarix, İran şahı

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər