top
Qafqazda və Avropada ən böyük milli kitabxanalardan olan Azərbaycan Milli Kitabxanası
22 sentyabr 2023, 13:30
- +

Qafqazda və Avropada ən böyük milli kitabxanalardan olan Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası Bakıda, Xaqani küçəsi, 29-da yerləşir. Azərbaycanın baş kitabxanası olan Milli Kitabxana Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir.

Kitabxana 1920-ci ildə yaradılmışdır. O zamanlar onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5 min nüsxə kitab verilmişdir. Bu müəssisə üçün Svoboda (indiki Üzeyir Hacıbəyov) və Krasnoarmeyskaya (indiki Səməd Vurğun) küçələrinin kəsişməsində yerləşən binada üç otaq ayrılmışdır. Kitabxana Sovet İttifaqının hər yerindən mətbuatın nüsxələrini almağa başladı və onun fondu artırdı.

Kitabxananın rəsmi açılışı 23 may 1923-cü ildə baş tutdu. Bu zaman müəssisənin fondu 13 minə yaxın kitab təşkil edirdi. 1925-ci ildə kitabxana indiki İstiqlaliyyət küçəsi, 10 ünvanındakı evə keçirildi. 1939-cu ildə kitabxanaya maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.

İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmışdı. Bunu nəzərə alaraq, kitabxana üçün xüsusi binanın tikilməsi məsələsi dəfələrlə qaldırılırdı. Lakin Böyük Vətən müharibəsinin başlaması bunun qarşısını aldı. Müharibə illərində kitabxana işğaldan azad edilmiş əraziləri və hərbi hissələri ədəbiyyatla təchiz edirdi. [Таиров К. «Ахундовская библиотека» - от трех комнат к четырем этажам // IRS-Наследие: журнал. - 2008. - № 4 (34). - С. 54-57]

1960-cı ildə memar Mikayıl Useynovun layihəsi əsasında kitabxana üçün yeni dördmərtəbəli bina inşa edildi. Kitabxananın oxu zallarının tutumu 500 nəfər təşkil edirdi. Binanın fasadı N.Gəncəvi, A.S.Puşkin, D.İ.Mendeleyev, H.Zərdabi, Ü.Hacıbəyov və digər maarifçilərin abidələri ilə bəzədildi.

Ümummilli lider Heydər Əliyev dəfələrlə buraya gəlmiş və öz şəxsi kitabxanasından yüzlərlə kitabı hədiyyə etmişdir.

2004-cü ildə kitabxanaya “Milli Kitabxana” statusu verilmişdir. Bu gün Milli Kitabxana dünyanın 60-a yaxın kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq edir. Hal-hazırda Milli Kitabxanada 27 şöbə, 47 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyondan çox çap məhsulu saxlanılır. [http://www.millikitabxana.az/about-us/history]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər