1846-cı ilin Qafqaz qəzeti yazırdı: “Qafqaza daxil mülklərimizdə ən savadlı müsəlmanlardan biri olan Polkovnik Abbasqulu ağa Bakıxanov, bəxş etdiyi Qafqazın Şərq hissəsinin tarixini İmperatorluğa tərtib etməsi qismət olmuşdur. Əlahəzrət, buna görə Polkovnik Bakıxanovu qiymətli bir almaz üzüklə mükafatlandırdı və eyni zamanda, əsərinin Elmlər Akademiyasının müzakirəsinə göndərilməsini əmr etdi".
Tarixçi, filoloq, şair, filosof və kosmoqraf Abbasqulu ağa Bakıxanov 1794-cü ildə Bakının Xilə kəndində (indiki Əmircan) anadan olub.
Bakıxanovun atası II Mirzə Məhəmməd Xan varis Bakı xanı idi və Rusiya rəhbərliyinə xidmət edirdi. Bakıxanov və onun qardaşları rus ordusunda xidmət edirdilər, bəziləri isə yüksək zabit rütbələrinə çatmışdılar.
Qubada yaşayarkən, Bakıxanov din xadimlərindən fars və ərəb dillərini öyrənmişdir. 1819-cu ildə rus ordusu Bakıxanovu şərq dillərinin tərcüməçisi kimi Tiflisə dəvət etmişdir. Bu vəzifədə o, rus ordusunda polkovnik rütbəsinə yüksəlmişdir. Gülüstan (1813 il) və Türkmənçay (1828 il) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.
Bakıxanov Azərbaycanın ilk tarixçisi hesab olunur. 1841-ci ildə Qubada olarkən o "Gülüstani-İrəm" (Qafqazın şərq hissəsinin tarixi) kitabını yazır. Bu əsərdə o, Azərbaycanın Gülüstan sülh müqaviləsinə qədər tarixini işıqlandırmışdır. Əsəri yazmaq üçün, müəllif Herodot, Ammian və s. kimi tarixçilərin və səyyahların əsərlərindən Azərbaycan tarixi haqqında məlumatlar toplamışdır. Bakıxanovun kitabları uzun zaman Azərbaycan və Rusiya məktəblərində istifadə olunmuşdur.
Orta Şərqə səyahətə çıxan Bakıxanov vəba epidemiyasına tutulmuşdur. 1847-ci ildə həcc ziyarəti zamanı Mədinə şəhərinin yaxınlığında, Vadiyi-Fatma adlanan yerdə vəfat edib və orada da dəfn olunub.
Bakıxanovun anadan olduğu Əmircan kəndində onun büstü, yaşadığı evin divarında xatirə lövhəsi qoyulub. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu, ölkəmizin bir çox şəhərlərinin küçəsi və s. onun adını daşıyır.
Mənbələr: