top
“Qəzəlxan” Əliağa Vahid
06 noyabr 2021, 12:56
- +

“Qəzəlxan” Əliağa Vahid

Əliağa Məmmədqulu oğlu İsgəndərov 17 fevral 1895-ci ildə Bakıda, Masazır kəndində xarrat (taxtadan müxtəlif əşyalar düzəldən usta) ailəsində anadan olmuşdur.

Əliağa Vahidin heç bir xüsusi təhsili olmayıb. İbtidai təhsilini mədrəsədə almışdır. Ailəsinin maddi vəziyyəti ilə əlaqədar kiçik yaşlarından fəhləliyə başlamışdır. Sonralar atası ilə birlikdə xarratlıq etmişdir. 18-19 yaşlarında onda şeirə həvəs oyanmışdır. Kiçik şeirlər yazır və bir müddətdən sonra, onları Bakının "İqbal", "Bəsirət", "Babayi əmir" qəzet və jurnallarında çap etdirir.

Əliağa Vahid rus şairi Sergey Yeseninlə dost olublar. Onlar 1924-cü ildə Bakıda ədəbi məclislərin birində tanış olublar. Yesenin bununla bağlı bir gülməli hadisəni də yazıb. Bu məclisdə Vahid şeirlər söyləyir və bitirən kimi hamı bir ağızdan “Sağ ol şair, sağ ol Vahid” deyir. Bu sözlərin mənasını anlamayan Sergey çayçıya yaxınlaşıb “Vahid nədir?” deyə sual edir. Çayçı da “Vahid də, Əliağa...” deyə cavab verir. Yenə heç bir şey anlamayan Yesenin “Bəs Əliağa nədir?” sualını verəndə çayçı yenə “Əliağa da şair...” deyə cavab verir. Çayçının dediklərindən bir şey anlaya bilməyən şair Əliağa Vahidə yaxınlaşıb “Şair nədir?” sualını verir. Əliağa Vahid isə “Şair eto tı, şair eto ya” deyə ona izah etməyə çalışır.

Vahid bədahətən şeir demək qabiliyyətinə malik idi. Buna görə də, yaradıcılığının ilk illərində meyxanalarda da iştirak edirdi. Lakin tezliklə özünü bütünlüklə qəzəl janrına həsr edir. Sovet hakimiyyəti illərində “qəzəlxan” kimi tanınır.

Əliağa Vahid Böyük Vətən müharibəsi illərində "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944)  əsərlərində düşməni ifşa edir, döyüşçüləri ruhlandırırdı.

Vahid Nizaminin, Xaqaninin, Fələki və başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Bir müddət xəstəxanada əsəblərindən müalicə almışdır. Bunun səbəbi Füzulinin qəzəllərini tərcümə etməsi olmuşdur. Xalq artisti Əlibaba Məmmədov belə deyirdi: “Onunla görüşdük. Başladı dizinə döyməyə ki, “Allah bu Füzulinin evini yıxsın, məni xəstəxanaya saldı”. Vahid Füzulini elə tərcümə edirdi ki, özü olurdu Füzuli”.

O, 30 sentyabr 1965-ci ildə Bakıda vəfat edib. I Fəxri xiyabanda dəfn edilmişdir.

Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, 2008-ci ildə təmir zamanı İçəri Şəhərə köçürülmüşdür. 7 may 2019-cu ildə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Mənbələr:


  1. Qılman İlkin. BAKI VƏ BAKILILAR (Üçüncü nəşri). Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2006

  2. Yeganə Cansail Mədəniyyət.- 2011.- 13 aprel. (URL: http://anl.az/down/meqale/medeniyyet/2011/aprel/167841.htm)

  3. https://hafta.az/qezelxan-vahidin-heyat-hekayesi-148285-xeber.html


 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər