top
Qədim Bibi-Heybət məscidi: sovet hökümətinin məhv etdiyi tarix
31 avqust 2021, 15:18
- +

Qədim Bibi-Heybət məscidi: sovet hökümətinin məhv etdiyi tarix

Bibi-Heybət məscidi Bakıda, Səbail rayonunda yerləşir və indiki binası 1998-1999-cu illərdə inşa olunub. Keçən əsrin 30-cu illərinə qədər burada eyniadlı qədim məscid yerləşirdi.

Köhnə məscidin divarındakı ərəbcə yazıda deyilirdiː "Mahmud ibn Sədin əməlidir”. Memar XIII əsrdə yaşadığına görə, məscid də həmin vaxta aid olunurdu. Xalq əfsanəsinə görə, səkkizinci imam Əli Rizanın bacısı Həkimə xanım xəlifələrin əlindən Bakıya qaçmışdı. O, burada kiçik məscid inşa etdirmişdir. Həkimə xanımın ölümündən sonra xidmətçisi Heybət onu burada dəfn etmişdir. Heybət Həkimə xanıma bibi dediyinə görə, məscid Bibi-Heybət (yəni Heybətin bibisi) adını daşıyırdı.

XX əsrin tədqiqatçıları A.A.Bakıxanovun, İ.Berezinin, B. Dornun və N. Xanıkovun əsərlərində məscidin divarındakı başqa bir yazının olduğu qeyd olunmuşdur. Yazıya əsasən, məscidi Şirvanşah hökmdarı inşa etdirmişdir. Qeyd olunan kitabədə belə yazılıb: “Bu məscidi tikməyi əzəmətli məlik, böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlər əmirinin köməkçisi Əbü-l-Fəth Fərruxzad ibn Axsitan, ibn Fəribürz, Allah onun hakimiyyətini ucaltsın... səksəninci il tarixdə (1281/2-ci il) əmr etdi”. XX əsrin əvvəllərində, tikinti işləri zamanı bu yazı itirilmişdir.

Köhnə "Bibi-Heybət" dini-xatirə kompleksinə əsas bina, cənub və şimal qapıları, məqbərə, ovdanlar (quyular), hovuzlar və bir sıra təsərrüfat və xidmət binaları daxil idi. Səfəvi hökmdarı I Təhmasib 1568-1570-ci illərdə burada kiçik məqbərə binası tikdirmişdir. I Şah Abbas isə 1609-1610-cu illərdə şimal qapısını inşa etdirmişdir. Şimal tərəfdə, 1900-cü illərdə burada ikinci məscid inşa edilmişdir.

1789-cu ilin mart ayında Qubalı Fətəli xan Bakıda vəfat etmiş, Bibi-Heybət məscidinin qəbiristanlığında dəfn edilmişdir.

"Bibi-Heybət" dini-xatirə kompleksi sovet dövründə, 1936-cı ilin sentyabrında partladılmışdır. Partlayışdan əvvəl Azərbaycan Tarix Muzeyinin o vaxtkı direktoru Mövsüm Sənanzadə Qubalı Fətəli xanın qalıqlarını və məzar daşını məsciddən çıxarmağı və onları qorumağı bacarmışdır.

Mənbələr:


  1. Рудольф Гиль "Привет из Баку" 2014

  2. Паша-заде Энвер Мансур оглы. Мечети и церкви старого Баку: Ч. 1-2. 1997

  3. Ашурбейли Сара. История города Баку: период средневековья. Баку, Азернешр.1992

  4. Шахла Нуризаде. Биби-Эйбат. Здесь возносят молитвы, здесь обретают исцеление. irs-az.com (2007)

    [caption id="attachment_3828" align="alignnone" width="896"]Foto Bakuplus.az Foto Bakuplus.az[/caption]



[caption id="attachment_3821" align="alignnone" width="896"]Foto açıq mənbədən Foto açıq mənbədən[/caption]

[caption id="attachment_3820" align="alignnone" width="896"]Foto açıq mənbədən Foto açıq mənbədən[/caption]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər