Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. Bu bayram qışın qurtarmasına, baharın gəlməsinə həsr olunur.
Novruzun gəlişi dörd həftə əvvəldən - hər çərşənbə günü qeyd edilməyə başlayır. İlk çərşənbə suya, ikincisi - oda, üçüncüsü - yelə, axırıncı isə torpağa həsr olunur. Bayram günlərində papaq atmaq, tonqal qalamaq, üzük falına baxmaq, şam yandırmaq kimi adətlər də mövcuddur.
Əvvəllər Novruz bayramı Bakıda qədim adət-ənənələrə uyğun qeyd edilərdi. Uşaqlar rəngbərəng paltarlar geyinərək, küçələrdə yumurta döyüşlərinə çıxardılar. Bu bayram sovet dövründə qadağan olunsa da, azərbaycanlılar bu bayramı gizli şəkildə qeyd edirdilər.