top
Nobel mükafatı almış yeganə bakılı: Lev Landau
22 yanvar 2022, 13:00
- +

Nobel mükafatı almış yeganə bakılı: Lev Landau

Landau 22 yanvar 1908-ci ildə Bakıda, Balaxanı qəsəbəsində anadan olub. 1913-1924-cü illərdə Landaular ailəsi Bakının mərkəzində, indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən binada yaşayıblar.

Landau 12 yaşında artıq differensiallama, 13 yaşında isə inteqrallama əməliyyatlarını tam mənimsəyir. 1922-ci ildə 14 yaşlı Lev Landau indiki Bakı Dövlət Universitetinə qəbul olur, eyni vaxtda fizika-riyaziyyat və kimya fakültələrində təhsil alır. 1924-cü ildə Landau Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə köçürülür. [В. Л. Гинзбург. О науке, о себе и о других. Москва-2003]

1928-ci ildə fiziklərin Moskvada keçirilən altıncı qurultayının iştirakçısı olur və burada fizik, Nobel mükafatına layiq görülmüş Nils Borun diqqətini cəlb edir. Qurultaydan sonra o, Almaniyaya ilyarımlıq elmi ezamiyyəyə göndərilir. Landau Berlində, Universitetlərin birində Albert Eynşteynlə görüşür. Eynşteyn 21 yaşlı Landaunu öz evinə dəvət edir.

Landau bir çox alimlər kimi, Stalin repressiyalarına məruz qalıb. O, casusluq, ziyankarlıq və antistalin vərəqələrinin tərtib edilməsi ittihamları ilə 1938-ci ildə həbs edilib. Landaunun həbsini eşidən Nils Bor və Nobel mükafatı laureatı, fizik Pyotr Kapitsa İosif Stalinə məktub göndərərək onun azad edilməsini xahiş edirlər. Onların səyləri nəticəsində Lev Landau 29 aprel 1939-cu ildə azadlığa buraxılır. Lakin alimə ancaq 1990-cı ildə bəraət verilir. [https://banker.az/nobel-mukafati-almis-yegan%C9%99-bakili-balasi/]

1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Landau Kazan şəhərinə köçür. Onun tərəfindən aparılan tədqiqatlar və əldə edilən nəticələr kvant mayesi fizikasının əsasını qoyur və 1941-ci ildə Landau tərəfindən “Kvant mayesi” nəzəriyyəsi yaradılır.

1946-cı ildə Lev Landau SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilir və nailiyyətlərinə görə, ona dövlət mükafatı verilir.

1962-ci ildə Landau avtomobil qəzasına düşür və ölümcül xəsarət alır. Sovet rəhbərliyi onun Kreml xəstəxanasına yerləşdirilməsinə razılıq vermir. Məşhur fiziklərin Avropadan, ABŞ-dan göndərdikləri dərmanların sayəsində Landaunu ölümdən xilas etmək mümkün olur və o, SSRİ Elmlər Akademiyasının xəstəxanasına yerləşdirilir. Həmin il Landau, ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Tarixdə ilk dəfə Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. [Köçəri İmanov. Lev Davidoviç Landau – XX yüzilliyin əfsanəvi fiziki. Xalq qəzeti.- 2009.- 21 iyun.- S. 8.]

Lev Landau 1 aprel 1968-ci ildə Moskvada vəfat edib.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər