top
Metro terrorunun qurbanı olan bəstəkar Rafiq Babayev
11 noyabr 2021, 18:20
- +

Metro terrorunun qurbanı olan bəstəkar Rafiq Babayev

Rafiq Babayev 31 mart 1937-ci ildə Bakıda anadan olub.

1943-1950-ci illərdə musiqi məktəbində təhsil alan Babayev, oranı bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olub. 1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilib.

Sonradan özünü caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirib. O, 1955-ci ildə caz qruppu yaradıb və SSRİ-nın müxtəlif şəhərlərinə qastrol səfərlərinə çıxıb. Bakıya qayıdandan sonra SSRİ xalq artisti Rəşid Behbudovla tanış olub.

1965-ci ildə Rafiq Babayev “Qaya” qrupunun musiqi rəhbəri təyin edilib. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda, Rafiq Babayevi bu teatrın musiqi rəhbəri vəzifəsində çalışmağa dəvət edilib. Bu illər ərzində o, caz musiqisi sahəsində yaradıcı işini də davam etdirib, Tallində keçirilən Caz festivalında iştirak edib və onun laureatı olub.

Babayev 40-dan çox filmə mahnı bəstələyib. Onların sırasına “Təhminə”, “Çörək”, “Yaddaş”, “Sehrli çıraq” kimi filmlər daxildir. Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olub, müxtəlif müsabiqələr və festivallar təşkil edib.

1991-ci ildə bəstəkar “Cəngi” folklor-caz kollektivini təşkil edib və səsyazma studiyası yaratmışdır. O, folklor çalğı alətlərindən istifadə etməklə, Qərb və Şərqin musiqisini birləşdirərək kompozisiyalar yaradırdı.

1993-cü ildə Rafiq Babayevə “Xalq artisti” fəxri adı verilib. O, Azərbaycanda Bəstəkarlar İttifaqının üzvü seçilmiş ilk caz bəstəkarıdır.

Rafiq Babayev 19 mart 1994-cü ildə 20 yanvar metrostansiyasında ermənilər tərəfindən təşkil olunmuş terakt nəticəsində, 57 yaşında həlak olub.

Müslüm Maqomayevin xatirələrindən: “Rafiq Babayev əfsanəvi pianoçu idi: həm klassik, həm də caz musiqisini mükəmməl ifa edən parlaq solist... Rafiq heç vaxt metrodan istifadə etmirdi, maşını var idi. Son günündə radioya tələsirdi...Gecikdiyini hiss etdi və həyatında ilk və sonuncu dəfə metroya enmək qərarına gəldi. Və tale istədi ki, məhz bu qara gün və saatda, bu dəqiqələrdə Bakı metrosunda bir çox insan həyatını aparan dəhşətli partlayış səslənsin. Rafiq də onların sırasında idi.”

Mənbələr:


  1. Rafiq Babayev fenomeni. Mədəniyyət- 2011.13 may.

  2. https://www.youtube.com/watch?v=FVVev62Pth0

  3. https://az.sputniknews.ru/20160331/404365859.html

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər