Yaşar Məmmədsadıq oğlu Nuriyev 3 sentyabr 1951-ci ildə Bakıda anadan olub.
O, 1968-ci ildə məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənətkar 1972-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. [Mədəniyyət.-2016.-2 sentyabr]
Aktyor məktəbli olarkən artıq atasının işlədiyi Musiqili Komediya Teatrında “Toy kimindir?” musiqili tamaşasında rol alıb. Tələbəlik vaxtlarında isə o, səhnədə müxtəlif obrazları canlandırıb. Nuriyev 1974-cü ildən Akademik Milli Dram Teatrının aktyoru olub. [Ilham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III Cild. Bakı-2017]
24 sentyabr 1988-ci ildə onun ilk tamaşası “Qanlı Nigar” olub. Aktyor teatr səhnəsində “Övlad” komediyasında Silva, “Ölülər” əsərində Məşədi Oruc, “Fəryad” əsərində Rəhməd və s. rolları canlandırıb. Sənətkar “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu” kimi filmlərdə canlandırdığı obrazları ilə yadda qalıb. [http://www.anl.az/el/emb/TEATR/aktyorlar/Yashar_Nuri.htm]
[https://aztv.az/az/news/1049/hemise-yasar-yasar-nuri]
O, Əməkdar artist və Xalq artisti fəxri adlarına layiq görülüb. Bundan əlavə, Nuriyev “Lenin Komsomolu” və “Qızıl Dərviş” mükafatları, həmçinin “Şöhrət ordeni” ilə təltif olunub. [Ilham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III Cild. Bakı-2017] [http://www.anl.az/el/emb/TEATR/aktyorlar/Yashar_Nuri.htm] [https://azdrama.az/?p=2308]
Yaşar Nuriyev 2012-ci ildə vəfat edib. O, Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.[Ilham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III Cild. Bakı-2017]