top
İlk azərbaycanlı peşəkar qadın rəssam: Maral Rəhmanzadə
02 dekabr 2021, 13:50
- +

İlk azərbaycanlı peşəkar qadın rəssam: Maral Rəhmanzadə

Maral Rəhmanzadə 23 iyul 1916-cı ildə Bakı şəhərində, Mərdəkan qəsəbəsində anadan olub.

Atası Maralı Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna, yaxın dostu-rəssam Əzim Əzimzadənin sinfinə qoyur. Maral, 1934-1940-cı illərdə təhsilini Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirir. Orada ailə qurur, lakin II Dünya Müharibəsi başlayanda, həyat yoldaşı cəbhəyə yollanır, Maral isə Bakıya dönür. 1941-ci ildə Maralın atası xalq düşməni kimi həbs edilir, bir neçə aydan sonra isə vəfat edir. Maral qəzet və jurnallara illüstrasiyalar çəkməklə ailəsinə baxır.

Maral Rəhmanzadənin Neft daşlarını ziyarət edən ilk rəssamlardan olmuşdur. Neft Daşlarının bir çox veteranı uzun illər xatırlayırdı ki, "bir vaxtlar əlində albomu olan bu gözəl və gənc qadın həm sakit havada, həm də fırtınada yanlarında idi. O, cəsur insanların hətta ekstrimal şəraitdə ağır işlərini etməyini, qorxunc, qəzəbli Xəzər dənizinin ortasında həyatlarını öz gözləri ilə görmək istəyirdı”.

Neft Daşlarında çəkilmiş əsərlər, iki ay Bakıda Respublika İncəsənət Muzeyində, sonra Neft Daşlarının özlərində işləyən sərgidə yer tutmuşdular. Moskvada, daha sonra Londonda sərgilər təşkil edilmişdir. Maral Rəhmanzadənin “Neft daşları” silsiləsi hal-hazırda Londonda, Kral rəssamlıq akademiyasında yerləşir.

Maral Rəhmanzadə kitab qrafikası sahəsində də fəaliyyət göstərib. O, Nizami, Füzuli, M.S.Ordubadi, M. F. Axundzadə , A.S.Puşkin və M.Y.Lermontovun əsərlərinə çəkilmiş illüstrasiyaların müəllifidir.

1960-cı illərdə Maral Azərbaycanın müxtəlif bölgələrini gəzir və əsərlər yaradır. Səfərlərin biri o zaman yolu olmadığı Xınalıq kəndinə olur. "Bizim qızlar", "Mənim bacılarım", "Doğma Vətənim", "Azərbaycan" və s. əsərlərində Azərbaycan kəndinin həyatını, təbiətini təsvir etmişdir.

Maral Rəhmanzadə 2008-ci il mart ayının 16-da vəfat etmiş və Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur.

Hal-hazırda, rəssamın əsərləri Tretyakov qalereyası (Moskva), Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər