Bu gün Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcərin azad olunmasından 3 il keçir.
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu azad olundu. Sənəddə Kəlbəcərin 15 noyabr tarixinə kimi Azərbaycana qaytarılması qeyd edilmişdi, lakin Ermənistan ərazini tərk etmək üçün daha 10 gün istədi.
1993-cü ildə Kəlbəcər işğal olunan zaman ermənilər əhaliyə ərazini tərk etmək üçün cəmi 10 saat vaxt vermişdilər. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz humanistliyini numayiş etdirərək ermənilərə daha 10 gün vaxt verdi.