top
Hüseynqulu xanın Bakı xanlığını bərpa etmək cəhdi
04 oktyabr 2023, 15:29
- +

Hüseynqulu xanın Bakı xanlığını bərpa etmək cəhdi

1826-cı ilin yayında qacarlarla Rusiya arasında ikinci müharibə başlayan zaman keçmiş Bakı xanı Hüseynqulu rus qoşunlarına qarşı hərbi əməliyyatlarda iştirak edirdi. Onun başçılıq etdiyi 3 min nəfərlik hərbi dəstə rusların bir bölüyünü darmadağın edərək Salyan balıq vətəgələrini tutdu. Hüseynqulu xanın keçmiş Bakı xanlığının ərazisinə daxil olduğunu eşidən Bakı və ətraf kəndlərin əhalisi dərhal xanın düşərgəsinə gəlib onunla birgə olduqlarını bildirdilər. Hüseynqulu xan qurudan, şah donanması isə dənizdən Bakı qalasını mühasirəyə aldılar. [Tofiq Mustafazadə. Azərbaycan xanlıqlarının qısa tarixi. Bakı-2011]

Rus hərb tarixçisi, general-leytenant V.A.Potto kitabında bu hadisələri belə təsvir edir: “O zaman Bakıda komendant olan polkovnik Baron Rozen xəyanətdən qorxaraq, bir neçə qoca, hətta Hüseynqulu xanın dostu və sirdaşı, Rusiyaya sədaqətli olan Kazım bəyin ailəsi istisna olmaqla, qalanın bütün sakinlərini sürgün etməyi lazım bildi... Farslar bir neçə dəfə nərdivanlarla hücuma keçdilər, lakin hər dəfə dəf olundular. Qalanı açıq qüvvə ilə tutmaq üçün nəticəsiz cəhdlərdən sonra Hüseynqulu Bakını dənizdən və qurudan mühasirəyə aldı. Belə şayiələr yayılırdı ki, düşmən sakinlərin yeganə qida mənbəyi olan, şəhəri çöldən şirin su ilə təmin edən kanalı qazmağı belə düşünür. Bakıda vəziyyət çox təhlükəli idi.” [Потто В. Кавказская война. Том 3. Персидская война 1826-1828 гг. Санкт-Петербург-1887]

Lakin avqustun sonunda Bakıda mühasirədə olan rus qarnizonuna əlavə yardım gəldi. Daha sonra isə qacar qoşunları Şəmkir və Gəncə yaxınlığında ağır məğlubiyyətə uğradılar. Bu səbəblərdən Hüseynqulu xanın başçılıq etdiyi dəstə mühasirəni dayandırıb geri çəkildi. Rusların cəza tədbirlərindən ehtiyat edən bir çox bakılılar da ona qoşuldu. Beləliklə, Bakı xanlığını bərpa etmək cəhdi uğursuz oldu. [Tofiq Mustafazadə. Azərbaycan xanlıqlarının qısa tarixi. Bakı-2011]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər