top
Bu gün rəssam, aktyor, müğənni Əli Haqverdiyevin doğum günüdür
29 iyul 2023, 12:30
- +

Bu gün rəssam, aktyor, müğənni Əli Haqverdiyevin doğum günüdür

Əli Həsən oğlu Haqverdiyev 29 iyul 1939-cu ildə İçərişəhərdə rəssam ailəsində anadan olub. O, rəssam, müğənni, aktyor, pedaqoq kimi fəaliyyət göstərmiş və bu sahələrin hər birində uğur qazanmışdı.

Haqverdiyev rəssam ailəsinin nümayəndəsi kimi bu peşəni davam etdirmək qərarına gəlir və 1955-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna qrafika ixtisası üzrə daxil olur. O, burada keçirilən bir çox tədbirlərdə müğənni kimi də iştirak edir. Belə tədbirlərin birində bəstəkar, A.Zeynallı adına o vaxtkı Musiqi Texnikumunun direktoru Midhət Əhmədov Haqverdiyevin ifasını eşidir və ona həm də opera müğənnisi kimi təhsil almasını məsləhət görür. Haqverdiyev 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Konservatoriyanı bitirdikdən sonra bir müddət indiki Sankt-Peterburq şəhərinin opera teatrında ezamiyyətdə olur, daha sonra Konservatoriyada vokal fakültəsində müəllim işləyir. [Quliyeva Z. Rəssam, aktyor, müğənni// Azərbaycan.- 2010.- 23 yanvar.- S. 8.] [Fərəcova Z. Yarımçıq xatirələr...//Azərbaycan.- 2019.- 9 avqust.- S.5.]

Haqverdiyev 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunur. Burada fəaliyyət göstərdiyi 30 il ərzində 30-dan çox obraz canlandırır. Haqverdiyev “Koroğlu” operasında Həsən xan, “Leyli və Məcnun”da Nofəl, “Arşın mal alan” komediyasında Sultan bəy, “Otello” tamaşasında Yaqo kimi partiyaları ifa etmişdir.

Haqverdiyev, həmçinin “Şir evdən getdi”, “Üzeyir ömrü”, “Özgə ömür”, “Dədə Qorqud” kimi filmlərdə rol alıb.

Haqverdiyevin müəllifi olduğu rəsmlərin vaxtilə Kiyev, Sankt-Peterburq, Moskva şəhərlərində sərgisi keçirilib. Onun yüzlərlə qrafik işləri,rəsmləri, peyzaj, portret əsərləri ailəsinin şəxsi arxivində, Azərbaycan muzeylərində qorunub saxlanılır.

O, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunmuşdur. [Qorxmaz A. Yalıncıq rolunda çəkilməyə peşman olan aktyorun faciəvi ölümü //Türküstan . -2020.- 11-17 avqust.- S.24.]

Əli Haqverdiyev 14 sentyabr 1992-ci ildə elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər