Su çərşənbəsi - Novruz bayramının ilk çərşənbəsi hesab edilir.
İnamlara görə, su sağlamlığın, təmizliyin, paklığın rəmzi sayılır. İlk çərşənbənin gəlişi ilə evlərdə təmizlik işləri aparılır.
Su çərşənbəsində subay qızlar “su falı”na baxırlar. Bunun üçün onlar gecə bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan - bulaqdan və ya çaydan əvvəlcədən “lal su” gətirilir. “Lal su” - onu gətirən şəxsin yol boyu danışmaması ilə əlaqədar bu cür adlandırılıb. Həmin sudan istifadə edərək üzük, iynə və ya hər hansı bir bəzək əşyası ilə fala baxırlar.
Əvvəllər su üstündən atılma adəti olub. İnsanlar Su çərşənbəsi axar, saf suyun üstündən üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb: “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin”,- deyərdilər.
İndi isə gəlin çərşənbə günlərinə süni intellekt "Midjourney"in gözləri ilə baxaq.
Gələcək gəldi?
[URIS id=91363]