top
Bu gün milli teatr dekorasiyası sənətinin banilərindən olan Rüstəm Mustafayevin anım günüdür
19 iyul 2023, 19:00
- +

Bu gün milli teatr dekorasiyası sənətinin banilərindən olan Rüstəm Mustafayevin anım günüdür

Rüstəm Məmməd oğlu Mustafayev 12 (25) fevral 1910-cu ildə Bakıda anadan olub. O, milli teatr dekorasiya sənətinin banilərindən hesab edilir.

Mustafayev 1921-1926-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Bir müddət Moskvada təcrübə keçdikdən sonra Vətənə qayıdıb, Bakı Azad Tənqid-Təbliğ, Azərbaycan Dövlət Akademik Milli Dram və başqa teatrlarda quruluşçu rəssam işləyib. O, səhnələrin qurulmasında fəal iştirak edərək rejissor və müəlliflərə kömək göstərirdi. Sənətkar hələ 1930-cu illərdə səhnəyə qoyulan “1905-ci ildə”, “Od gəlini” (C.Cabbarlı), “Ölülər” (C.Məmmədquluzadə), “Şeyx Sənan” (H.Cavid) kimi əsərlərə bədii tərtibat vermişdir.

Yaradıcılığının ilk illərində qazandığı uğurların nəticəsində onu Opera və Balet Teatrında işləməyə dəvət ediblər. “Arşın mal alan”, “Leyli və Məcnun”, “Koroğlu” (Ü.Hacıbəyov ), “Aşıq Qərib” (Z.Hacıbəyov), “Şah İsmayıl” (M.Maqomayev), “Sonalar gölü” (P.Çaykovski) tamaşalarının dekorasiya və geyimləri Mustafayevə məxsusdur. Onun bu teatrdakı işini bəstəkar Üzeyir Hacıbəyov yüksək qiymətləndirirdi. [İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. Cild III. Bakı-2017]

Mustafayev, eyni zamanda miniatür sənətini, milli memarlığını öyrənərək müxtəlif sərgilərin tərtibatı ilə məşğul olub, elmi tədqiqatlar aparıb, qrafika, plakat rəssamlığı sahəsində də uğurlar qazanıb. O, həm də kitabların bədii tərtibatı üzərində işləyib. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və başqa şairlərin o dövrdə çıxan kitablarının bədii tərtibatı rəssamın ilk qrafika işlərindən sayılır. 1939-cu ildə çap edilmiş “Aşığın səsi” kitabının da bədii tərtibatı Rüstəm Mustafayevə məxsusdur.

Mustafayev 1937-1940-cı illərdə Azərbaycan abidələrinin mühafizəsi ilə məşğul olan Mərkəzi Dövlət İdarəsinin direktoru vəzifəsində çalışıb. Onun son işlərindən biri 1940-cı ildə Nizami muzeyinin bədii tərtibatı idi. Sənətkarın Nizami dövrü abidələrinin və Şəki Xan sarayının bərpası sahəsində xidmətləri olub.

Mustafayev yaradıcılıq nailiyyətlərinə görə müxtəlif mükafatlara, fəxri fərmanlara, eləcə də “Şərəf nişanı” ordeninə layiq görülüb. [Mükərrəmoğlu M. Yarımçıq ömrün sənət uğurları. //Xalq qəzeti.-2020.- 1 mart.- S.7.]

Rüstəm Mustafayev 19 iyul 1940-cı ildə 30 yaşında Bakıda vəfat edib və I Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Milli İncəsənət Muzeyi sənətkarın adını daşıyır.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər