12 fevral Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlunun doğum günüdür.
Təbriz Xəlilbəyli 1964-cü ildə Bakı şəhərində anadan olub. O, 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb.
31 yanvar 1992-ci ildə Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub. O, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Təbriz Xəlilbəyliyə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Bakı şəhərində və Salyan rayonunda küçələrdən biri onun adını daşıyır. Xüsusi məqsədlər üçün istifadə olunan bir gəmi onun şərəfinə adlandırılmışdır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.