top
Bu gün Milli musiqi günüdür
18 sentyabr 2021, 15:21
- +

Bu gün Milli musiqi günüdür

Hər il 18 sentyabr Azərbaycanda “Milli Musiqi Günü” kimi qeyd olunur. Bu bayram, Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. 1995-ci ildən, bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin günün “Milli Musiqi Günü” kimi qeyd olunması başlanıb.

Üzeyir Hacıbəyovun ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Bəstəkar və dirijor Niyazi, əmisi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyri-rəsmi qeyd edərmiş. Hər il 18 sentyabr tarixində Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyi ilə bəstəkarın əsərlərini ifa edərdi.

XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi hadisələrə görə bu ənənə bir müddət unuduldu. Lakin 1995-ci ildən bu bayram rəsmi şəkildə bərpa olundu.

Milli Musiqi Günü ilə əlaqədar, hər il sentyabr ayında Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı və başqa tədbirlər keçirilir.

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olub. O, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisidir. Üzeyir bəy 1908-ci ilin yanvarında tamaşaya qoyulmuş ilk Azərbaycan operası «Leyli və Məcnun»-un müəllifidir. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır.

Üzeyir Hacıbəyov 23 noyabr 1948-ci ildə 63 yaşında ürək çatışmazlığından Bakıda vəfat edib. Bəstəkar I Fəxri Xiyabanda dəfn olunub.

Mənbələr:


  1. İradə SARIYEVA.18 sentyabr - Milli Musiqi Günümüz… Bakı Xəbər.- 2015.

  2. https://m.modern.az/az/news/211836/azerbaycan-uzeyir-musiqi-gununu-qeyd-edir

  3. https://www.youtube.com/watch?v=Dex1eSPwjdc

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər