Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.
Heydər Əliyev Naxçıvan Pedaqoji Texnikumunda, ADNSU və BDU-da təhsil alıb. O, 1944-cü ildən dövlət təhlükəsizlik orqanlarında çalışıb. Ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə layiq görülən ilk azərbaycanlı olub. 1969-cu ildə o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub. 1987-ci ildə Heydər Əliyev Mixail Qorbaçovun apardığı siyasətə etiraz edərək, tutduğu vəzifələrdən istefa verib.
Ümummilli lider 20 yanvar 1990-cı ildə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində Azərbaycan xalqına qarşı törədilmiş cinayətin üzvlərinin cəzalandırılmasını tələb edib.
3 sentyabr 1991-ci ildə Heydər Əliyev Naxçıvan Ali Sovetinin sədri, 15 iyun 1993-cü ildə isə Azərbaycan Ali Sovetinin sədri seçilib. O, ilk dəfə 1993-cü, daha sonra 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilib.
ABŞ-nin Klivlend klinikasında uzun müddət müalicə olunan Heydər Əliyev 12 dekabr 2003-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.