Bu gün Azərbaycanda Novruz bayramının çərşənbələrindən biri - Od çərşənbəsi qeyd edilir. Bu çərşənbə “Üskü çərşənbə”, “Kül çərşənbəsi” kimi də tanınır.
Novruz bayramının digər üç çərşənbəsində olduğu kimi, bu çərşənbənin də özünəməxsus adət-ənənələri var. Od çərşənbəsi ilə bağlı olan adətlərdən biri insanların tonqal qalayıb, onun üstündən tullanmasıdır. Onlar bunu bütün azar-bezar və xəstəliklərdən xilas olma inamı ilə edirlər.