Bu gün Azərbaycanda Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsi qeyd olunur. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi” kimi də tanınır.
Torpaq həmişə bərəkətin rəmzi sayılıb. Qədim inanclara görə, torpağın oyanması ilə təbiət yenilənir. Ona görə ki, varlığın əsasını təşkil edən su, od, yel özlərinin təsdiqini torpaqda tapır.
Bu çərşənbəyə məxsus maraqlı inanclar var. İnsanlar həmin çərşənbəni öz evlərində keçirməlidirlər, əks-halda torpaq çərşənbəsini 7 il dalbadal başqa yerdə qarşılayacaqlar.
Xalq arasında torpaqla bağlı belə maraqlı deyimlər var: