top
Birinci Dünya Müharibəsinin cəhənnəm adası: Böyük Zirə
13 noyabr 2021, 13:34
- +

Birinci Dünya Müharibəsinin cəhənnəm adası: Böyük Zirə

Böyük Zirə adası Bakıdan 10 km məsafədə yerləşir. Vaxtilə “Cəhənnəm adası” və “QULAQ” adlandırılan bu ada, 1000-dən çox adamın ölüm və əzab yeri olmuşdur.

Böyük Zirə adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (ada‎) sözündən yaranıb. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib. Bu ad Fin körfəzində yerləşən "Nartingen" (estonca, dar boğaz) adasına bənzədiyi üçün verilib.

1915-ci ildə ada əsir düşərgəsinə çevrilmişdir. Çar hökuməti burada, I Dünya müharibəsi zamanı, Qafqaz cəbhəsindən əsir götürülən minlərlə osmanlıları yerləşdirirdi. İnsanlar burada dəhşətli antisanitariya şəraitində, içməli su və dərmanlar olmadan yaşayırdılar. İlan sancması, tif və vəba da daxil olmaqla xəstəliklərin yayılması və mühafizəçilərin zorakılığı kütləvi ölümlərə səbəb olmuşdur.

Nəriman Nərimanov Bakı Şəhər Dumasına üzv seçildikdən sonra, Böyük Zirə adasına gedir. Ertəsi gün "Hümmət" qəzetində məqalə yazır: “Həyatımda bir çox xəstə görmüşəm, lakin buna dözə bilməyib ağlamağa başladım: türklər, avstriyalılar, almanlar - yeməksiz, paltarsız, köməksiz. Nargin bir məzardır. Və minlərlə insan onun kənarında dayanır”.

Duma Nərimanovun rəhbərlik etdiyi komissiyanın Tiflisə, Qafqazın Mərkəzi İnzibati İdarəsinə göndərdiyi təcili teleqrama cavabında, Nargindən ən ağır xəstələrin çıxarılmasına və adada yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin köməyinə icazə verir. Türk əsgərlərinə ərzaq, dərman və paltarlar toplanmağa başlanılır. Nargində əsir olan 130 körpə Bakıya gətirilir.

Burada 11 minə qədər əsir saxlanılırdı. I Dünya müharibəsinin sonunda, Nargində 7 minə yaxın əsir var idi. Həmçinin, sovet repressiya qurbanları bu adada güllələnmiş, onların arasında şair Mikayıl Müşfiqin də olması güman edilir.

Adada 1883-cü ilin dekabrında mayak tikilmişdir. Mayak gecə Bakı buxtasına daxil olan gəmilər üçün əsas bələdçi rolunu oynayırdı. Böyük Vətən Müharibəsi başlayanda, faşist aviasiyasının diqqətini çəkməmək üçün mayak binası partladılılmışdır. 1953-54-cü illərdə adada hərbi hava qüvvələrindən müdafiə bazası yerləşirdi və bura ittifaqın mühüm strateji nöqtəsi sayılırdı. 1958-ci ildə mayak yenidən bərpa edilmişdir.

Bu gün Böyük Zirə adası Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır. Bakı buxtasına girişə buradan nəzarət edilir. Adaya giriş bütün vətəndaşlar üçün bağlıdır.

 

Mənbələr:


  1. К.А.Пахалюк. Лагерь на острове Нарген (1915 – 1918 г.г.). 2014 г

  2. Статья О.Булановой «Остров Наргин — три километра ада, боли, смерти и тайн» Эхо.-2016

  3. Литературный Азербайджан, Volumes 1-6. 1992 г.

  4. https://www.youtube.com/watch?v=Fy0H0KamyAg

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər