Bakı Xor Sinaqoqu Bakıda, Rəşid Behbudov küçəsi, 24-də (keçmiş Leytenant Şmidt küçəsi) yerləşib. Bina 1902-1910-cu illərdə polyak memar İosif Qoslavskinin layihəsi əsasında inşa edilib. [https://bakucity.preslib.az/az/page/J3KPlhnUsM]
1902-ci ildə yəhudi icması və azərbaycanlı himayədarların vəsaiti hesabına Mərkəzi Xor Sinaqoqunun tikintisinə başlandı. “Yunan” üslubunda inşa edilmiş sinaqoqun açılışı 1910-cu ildə baş tutdu. [Vladimir L. Article Reform or Consensus? Choral Synagogues in the Russian Empire// Arts 9(2). 23 june 2020]
1932-ci ildə Xor sinaqoqu bağlandı, 1934-cü ildə isə bina Bakı Yəhudi İşçi Teatrına verildi. 1936-cı ildə teatr böyük şöhrət qazanaraq, Azərbaycan Dövlət Yəhudi Teatrına çevrildi. 1941-ci ildə isə teatr bağlandı. 1979-cu ilə qədər burada Dövlət Meliorasiya Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərirdi. [https://cja.huji.ac.il/browser.php?mode=set&id=8331] [https://baku-eto.az/main/4073-arhitektura-baku.html]
Bundan sonra bina boş qaldı və yararsız vəziyyətə düşdü. 1980-ci illərdə köhnə binanın yenidən qurulması və gənc tamaşaçı teatrına uyğunlaşdırılması layihəsi müzakirə olundu. Bu zaman tikili Rəşid Behbudovun diqqətini cəlb etdi və o, Mədəniyyət Nazirliyini razı saldı ki, bina onun 1968-ci ildə yaratdığı və rəhbərlik etdiyi Mahnı Teatrına verilsin. Bununla da binada bərpa işləri başlandı, tikilinin ilkin görünüşü isə dəyişdirilmədi. Nəticədə 400 yerlik zal yaradıldı və 1988-ci ildən teatr kollektivi binaya köçürüldü.
[https://ourbaku.com/index.php/%D0%A2%D0%B5%D0%B0%D1%82%D1%80%D0%B0%D0%BB%D1%8C%D0%BD%D1%8B%D0%B5_%D0%97%D0%B4%D0%B0%D0%BD%D0%B8%D1%8F_%D0%91%D0%B0%D0%BA%D1%83_%D0%B4%D0%BE_1991_%D0%B3%D0%BE%D0%B4%D0%B0] [https://azerhistory.com/?p=5496]
2010-cu ilin sentyabr ayında Bakının keçmiş Böyük Xor Sinaqoqunun binasında restavrasiya işləri aparılıb.
[URIS id=117801]