top
Bakı vağzalı binasının tarixi
11 yanvar 2022, 16:10
- +

Bakı vağzalı binasının tarixi

Bakı vağzalı Nəsimi rayonunda, 28 May metro stansiyasının yanında yerləşir. Kompleks müxtəlif illərdə tikilmiş üç binadan ibarətdir.

1878-ci ildə Azərbaycanda ilk dəmir yolunun çəkilişi başlayıb. 1883-cü ildə Bakı-Tiflis dəmiryolu xətti tamamlanıb. Həmin il Bakıda ilk vağzal binası olan “Tiflis vağzalı” inşa olunub və bir il sonra istismara verilib. Tikili memar Xrisanf Vasilyev tərəfindən layihələndirilib. [https://azerhistory.com/?p=22559]

Bina Rusiya imperiyasının ən gözəl vağzallarından biri hesab olunurdu. Tikili şəhər tərəfdən ikimərtəbəli, platformadan isə birmərtəbəli quruluşa malik idi. Birinci mərtəbədə kassalar, baqaj bölməsi, ofislər; ikincidə - poçt, teleqraf, gözləmə otaqları və s. yerləşirdi. Divarlar şərq xalçasını xatırladan naxışlarla bəzədilmişdir.

[Г. Шугаев. Гостеприимное лицо Баку // Архитектура и дизайн: научно-художественный журнал. Москва-2004]

1926-cı ildə elektrikləşdirilmiş Bakı-Sabunçu dəmir yolu sərnişinlərinə xidmət göstərməsi üçün, ikinci bina - “Sabunçu vağzalı” (28 may metrostansiyasının sağ tərəfində yerləşən bina) tikilmişdir. Həmin binanın memarı Nikolay Bayev olmuşdur. Bu SSRİ-də elektrik qatarlar üçün nəzərdə tutulan ilk vağzal idi. [Бакинский железнодорожный вокзал- Тифлисский вокзал (Баку) — OurBaku]

Fransız yazıçı Jül Vern “Klodius Bombarnak” əsərində vağzal haqqında belə yazırdı: “… görkəmli bir dəmiryolu vağzalı, Amerika və ya Avropanın istənilən böyük şəhərinə layiqdir”. [Жюль Верн. Клодиус Бомбарнак. Пер. с фр. - Н.Брандис, Е.Брандис. Москва-1989]

1977-ci ildə “Sabunçu” vağzalı fəaliyyətini dayandırıb. Həmin il “Tiflis” vağzalında yenidənqurma işləri aparılıb və burada köhnə vağzal binasına bitişik yeni müasir vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazın bu tipli ən böyük tikilisi sayılırdı. [https://azerhistory.com/?p=5163]

Həmin bina 2017-ci ildə təmir olunub və bu gün vağzalın əsas binası kimi fəaliyyət göstərir. “Tiflis” və “Sabunçu” vağzallarında isə hal-hazırda müxtəlif ticarət obyektləri yerləşir.

[URIS id=29199]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər