“Azərbaycan” kinoteatrı Bakının Əziz Əliyev küçəsi, 8-də, Fəvvarələr meydanının yaxınlığında yerləşir.
Binanın inşasının dəqiq tarixi məlum olmasa da, onun haqqında ilk məlumatlar XIX əsrə aiddir. Həmin vaxtlar keçmiş Olginskaya və Mixaylovskaya küçələrinin kəsişməsində yerləşən bina “Mirzə-Avakovun və Qarabəyovun evi” adlanırdı. Öz formasına görə bina “Ütü-ev” kimi də tanınırdı. Burada mağazalar, restoranlar, fotoatelye yerləşirdi, mənzillər kirayə verilirdi.
1909-cu ildən binada “Ekspress” kinoteatrı açılır. Kinoteatrın dəbdəbəli foyesi var idi və burada fasilələr zamanı musiqi səslənirdi.
1920-ci ildən kinoteatrın adı dəyişərək “Qırmızı şərq” olur. Bura 1923-cü ildə Bakının ən yaxşı kinoteatrlarından biri hesab edilirdi. Kinoteatrın iki zalı var idi: çəhrayı və mavi. Foyedə caz orkestri yerləşirdi.
1940-cı illərin sonlarında güclü yağışlar nəticəsində binanın bir hissəsi dağılmışdır. Bu səbəbdən burada yenidənqurma işləri aparılmışdır. Həmin illərdə kinoteatr “Azərbaycan” adlandırılmışdır.
1960-cı ildə kinoteatrın binası qarşısında Azərbaycan şairəsi Xurşidban Natəvanın abidəsi ucaldılıb. Müəllifi azərbaycanlı heykəltaraş Ömər Eldarovdur. Кинотеатр «Азербайджан» Часть I: Что было — OurBaku
1998-ci ildə “Azərbaycan” kinoteatrı Azərbaycan Beynəlxalq Kino Şirkətinin holdinqinə verilmişdir. Bu şirkət Paramount, Universal Pictures, DreamWorks kimi qlobal studiyaların rəsmi distribütoru olmuşdur. Dünya kinoprokatında lider olan yeni filmlər ilk dəfə məhz burada Dolby Digital səs sistemi ilə nümayiş etdirildi. Kinoteatr, ümumilikdə 320 tamaşaçı yeri olan üç zaldan ibarət idi. Кинотеатр «Азербайджан» Часть II: Что будет — OurBaku
2012-ci ildə kinoteatr bağlanır. Lakin 2015-ci ildə burada təmir işləri başlayır. 2016-cı ildə binanın bir hissəsində “Hard Rock Cafe” açılır. Həmin il Azərbaycan kinoteatrı fəaliyyətini bərpa edir. Hazırda ikimərtəbəli kinoteatrın 3 zalı və 190 oturacaq yeri var. https://report.az/sou-biznes-xeberleri/azerbaycan-kinoteatri-yeniden-fealiyyete-baslayib/
[URIS id=95851]