15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etmişdir. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin, bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulmuşdur.
8-10 sentyabrda Qafqaz İslam ordusu Bakı cəbhəsinə yetişmişdir. Bakının azad olunmasında Xüsusi Azərbaycan Korpusunun komandiri, general-leytenant Əliağa Şıxlinski, Nuru Paşa ilə bərabər iştirak etmişdir.
Erməni Milli Şurasının üzvləri şəhəri mühasırə edən Türk-Azərbaycan qoşunlarının yalnız bir alaydan ibarət olduğu və onların da tezliklə məğlub ediləcəyi barədə bəyanatlar verirdilər. Bakı əhalisi kütləvi şəkildə səfərbərlik adı altında kazarmalara doldurulur, Sentrokaspi" ordusuna məcburi göndərilirdilər. Lakin yerli sakinlər bu səfərbərliklə razılaşmırdı.
Bakı şəhərinə hücum sentyabrın 13-dən 14-nə keçən gecə saat 01:00-da başladı. Bu zaman general Lionel Denstervilin rəhbərliyi altında, Britaniya ordusu erməni-bolşevik dəstələrini dəstəkləyirdi. Döyüşlərin gedişinə toxunan ingilis general yazırdı: "İki aeroplan hücum edən türkləri pulemyotlardan atəşə tutur və bombalar atırdı". Daha sonra ingilis qoşunlarının Bakıdan təxliyyə olunduğunu bildirən general etiraf edir: "Türk güllələrinin deşik-deşik elədiyi iki aeroplanı, sıradan çıxardıq". Britaniya ordusu, 14 sentyabrda şəhəri gəmilərlə tərk etmişdir. Tezliklə Sentrokaspi diktaturası hökuməti də şəhərdən qaçmışdır.
Sentyabrın 15-də gündüz Bakıda İran, Amerika, İsveç, Danimarka konsullarının vasitəsilə şəhərin hakimiyyət orqanları və 5-ci Qafqaz diviziyasının komandanlığı arasında danışıqlar aparılmışdır. Şəhər orqanlarının nümayəndələri qarşısında Bakını təslim etmək tələbi qoyulmuşdur.
Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun qüvvələrinin rəsmi keçidi baş tutmuşdur. Şəhər əhalisi küçələrə çıxaraq ordunu qarşılayırdı.
Bu qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.
Bakı şəhərinin azad edilməsi zamanı 800-1000 nəfər türk hərbçisi şəhid olmuşdur.
Mənbələr:
[caption id="attachment_6937" align="alignnone" width="696"] Foto "Xilaskar ordu" kitabından[/caption]
[caption id="attachment_6936" align="alignnone" width="621"] Foto "Xilaskar ordu" kitabından[/caption]
[caption id="attachment_6935" align="alignnone" width="696"] Foto "Xilaskar ordu" kitabından[/caption]
[caption id="attachment_6934" align="alignnone" width="696"] Foto "Xilaskar ordu" kitabından[/caption]
[caption id="attachment_6933" align="alignnone" width="696"] Foto "Xilaskar ordu" kitabından[/caption]